Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan Rusiya qarşısında farağat durmayıb“



Rasim Musabəyov: “Bəs Rusiyanın müdafiə naziri hara getsin, onu hansı ölkəyə çağırırlar ki?”


AzərbaycanRusiya HDQ-nin 2015-ci ildə Xəzərdə hərbi-dəniz təlimlərinin keçirməsi barədə razılığa gəlinib və Xəzərdə kollektiv təhlükəsizlik sisteminin yaradılması məsələsi müzakirə olunub. 

Mətbuatın yazdığına görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Bakıya səfərinin əsas yekunları belədir.

Ancaq rus nazirin səfəri Azərbaycanın Avrasiya İttifaqına qoşulmasının qarşılığında işğal altındakı 7 rayonun azad olunacağı və Dağlıq Qarabağda Rusiya sülhməramlılarının yerləşdiriləcəyi barədə informasiyaların yayıldığı dövrə təsadüf etdi. Üstəlik, bu vizitin MDB-nin Minsk sammitindən və Sərkisyanın birliyə üzvlüyə imza atmasından dərhal sonra reallaşması fərqli yozumlara səbəb olub. Rusiyalı nazir deyib ki, Azərbaycan müdafiə naziri Zakir Həsənovla hərbi və hərbi-texniki əməkdaşlıq, Xəzərdə birgə fəaliyyət, regionda sabitliyin təminatı məsələlərini müzakirə edib. “2015-ci ildə birgə hərbi-dəniz təlimlərinin keçirilməsi planlaşdırılıb. Təlimlər zamanı gəmiçiliyin müdafiəsi, dəniz iqtisadiyyatı fəaliyyətinin təhlükəsizliyinin təminatı,  həmçinin xilasetmə və humanitar yardım üzrə fəaliyyətin təminatı məşq ediləcək. Xəzərdə digər əməkdaşlıq istiqamətlərini də inkişaf etdirəcəyik.

Bu məqsədlə Xəzərdə kollektiv təhlükəsizlik sisteminin yaradılması, hava gəmilərinin qəza vəziyyətinin profilaktikası və hərbi dənizçiliyin şəffaflığının təşkili üzrə əməkdaşlıq persektivləri müzakirə olunub".

Şoyqunun Bakı danışıqlarının bir hissəsi silah təchizatına aid olub. “Kommersant” qəzetinin məlumatına görə, hərbi-texniki əməkdaşlıq səmərəli inkişaf edir. 2010-cu ildən 2012-ci ilədək ümumi məbləği $4 mlrd.-a yaxın müqavilə imzalanıb. “Rosoboroneksport”un xətti ilə silah göndərilməsinin  ümumi həcmi ilin sonunadək $5 mlrd.-a çata bilər.
Bundan əlavə, Azərbaycan “Bal-E” sahil  raket kompleksinin alışına maraq göstərir. Bu raket kompleksi artıq RF Xəzər donanmasının silahları arasında var. Qəzetin məlumatından belə nəticəyə gəlmək olar ki, 2014-cü ildə Azərbaycan Rusiyadan 1 mlrd. dollarlıq silah alacaq.

Politoloq Rasim Musabəyov Şoyqunun Bakı səfərində təəccüblü məqam axtarmağın tərəfdarı deyil: “Azərbaycanla kifayət qədər gəlirli, faydalı əməkdaşlıq var. O mənada Şoyqu niyə də getməsin? Bəs hara getsin? İndi Rusiyanın müdafiə nazirini hara çağırırlar ki?” R.Musabəyov Bakının da bu təmaslardan fayda götürdüyü qənaətindədir və Rusiyadan silah alınmasına normal baxır: “Azərbaycana bizim istədiyimiz silahı heç kəs, heç qardaş Türkiyə də satmır. Rusiya isə ermənilərə silahı müftə verir, bizə də satır. Elə isə silahı başqa hardan alaq? Ya gərək köhnəlmiş Belorus, Ukraynadan alaq, ya da birbaşa mənbədən - Rusiyadan. Rusiya ilə hərbi əlaqələr nəticəsində ordumuzun modernləşməsinə istəyiriksə, bunun nəyi pisdir? Biz Rusiyadan ilk silah alan ölkələrin ilk 5-liyinə daxilik. MDB-də bizə bərabər ölkə yoxdur”.

Politoloq iki ölkənin hərbi əməkdaşlığının Azərbaycan üçün də önəm kəsb etdiyi qənaətindədir: “Xəzərdə bizim RusiyaQazaxıstanla maraqlarımız uyğunlaşıb. Biz Rusiya ilə əməkdaşlıqda maraqlıyıq ki, Xəzərdə sabitlik tələb olunsun. Quru və hava qoşunları ilə təlimləri Türkiyə ilə keçirdik, ancaq dənizdə birgə təlimlər Rusiya ilə nəzərdə tutulub. Hər bir halda Azərbaycan Rusiya qarşısında boynunu büküb farağat durmayıb. Bizim Ermənistandan fərqli olaraq Türkiyə və İsrail kimi normal münasibətlərimiz olduğumuz dövlətlər də var”.

Ekspert istisna etmir ki, Şoyqunun səfərində Qarabağ münaqişəsinin həll yolları da müzakirə edilib: “Əvvəl ruslarla bunu razılaşdırmalıyıq ki, erməni tulasını ağla gətirsin. Təbii ki, bu yönümdə danışıqlar gedir. Yəni tərəflər bir-birinə nə verə bilərlər ki, Qarabağ məsələsində irəliləyişlər olsun. Mövqeləri yaxınlaşdırmaqla bağlı Rusiya ilə də iş gedir və bu, zəruridir.

Rusiya Ermənistana yolu açmaq, ordan keçərək İran və Türkiyəyə keçmək istəyirsə, zəhmət çəkib konfliktin irəliləyişinə təkan versin. Onlar da anlayır ki, iqtisadi cəhətdən indi Avrasiya İttifaqının Azərbaycan üçün mənası yoxdur. Biz Ermənistanla heç bir qurumda olası, ora yol açası, heç bir fayda verəsi deyilik. Bunu Rusiyada da anlayırlar və çıxış yolları axtarırlar. Onu da anlayırlar ki, münaqişənin alovlanması nəticəsində Türkiyə ilə də münasibətlər gərginləşə bilər.  

Odur ki, Türkiyə ilə də yaxşı münasibətləri qoruyub-saxlamaq istəyirlər. Azərbaycan-Ermənistan toqquşması Rusiya-Türkiyə toqquşması da yarada bilər". Bununla belə, hansısa şərtlərinin qəbul olunmasının qarşılığında Rusiyanın işğaldakı 7 rayonu geri qaytaracağı barədə məlumatları təsdiqləməyə çətinlik çəkir: “Bu danışıqların iştirakçısı olmadan konkret bir söz demək çətindir. Ancaq rus rus olmazdı ki, az verib çox istəyində olmasın. O da aydındır ki, torpaqlar azad olunmadan biz qarşılıqlı öhdəliklər yaradan heç bir qurumda olası deyilik”. (musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ən çox oxunanalar