Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan” Ermənistanın yeni baş nazirini “baş qumarbaz” adlandırdı


Azərbaycanın rəsmi dövlət qəzeti “Azərbaycan” Ermənistanda parlamentin sədri Ovik Abramyanın hökumət başçısı postuna gətirilməsinə münasibət bildirib.


PİA.AZ xəbər verir ki, qəzetin 16 aprel tarixli sayında Elçin Cəfərovun imzası ilə dərc olunmuş “Baş qumarbaz” baş nazir təyin olundu” adlı yazıda deyilir: “Müşahidəçilər hökumət başçısı vəzifəsinə yeni şəxsin təyin olunmasının hansısa ciddi nəticələrə gətirib çıxarmayacağını, Ovik Abramyanın əvvəlki baş nazir Tiqran Sərkisyandan heç nə ilə fərqlənməyəcəyini proqnozlaşdırırlar. Çünki Ovik Abramyan da ən böyük korrupsionerlərdəndir və onun əsas fəaliyyəti mümkün qədər çox varidat toplamaqdan ibarət olub.

Hazırda Ovik Abramyan Ermənistanda oyun-qumar biznesinin əsas hissəsinə nəzarəti öz əlində saxlayır, ölkənin məşhur qumarbazlarından sayılır və Ermənistanda ən böyük torpaq sahiblərindən biridir. Dünya Bankının suvarma ilə bağlı proqramları yalnız onun Araz çayına yaxın olan torpaqlarında reallaşır. Onun mülkiyyətinə Araz çayı sahilində 3 qum karxanasının, Artaşatda 1500 hektar torpaq, üzümlüklər və bağların, Yerevandan kənarda 10-dan artıq yanacaqdoldurma stansiyasının, kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan “ArtFood” firmasının, oyun-qumar evlərinin, bütün Ermənistan boyu benzin stansiyalarının, Artaşatda trikotaj fabriki və mexanika zavodunun, “Sirius” zavodunun, “Artaşat” qastronomunun, Artaşat şəhər mehmanxanası və onun restoranının, Mxçyan kəndində mexaniki zavod və avtomüəssisənin, beton zavodunun daxil olması barədə erməni mediasında çoxdan məlumatlar yayılıb. Bundan başqa, bu şəxs Narek və Kaxtsraşen kəndlərində 200 hektar torpağın, Çaxkadzorda istirahət evinin böyük binasının və 5 hektar torpağın da sahibidir. Təbii ki, bütün bunlar korrupsiya hesabına əldə olunub.

Ovik Abramyanın ölkənin Gömrük İttifaqına qoşulmaq işinin sürətləndirilməsi istiqamətində atacağı addımların da hansısa faydasının olacağını düşünmək sadəlövhlük sayılır. Erməni ekspert Naira Ayrumyan bu xüsusda bildirir: “Real iqtisadiyyatı olmadığından Ermənistana nə dünya maliyyə sistemində, nə də Gömrük İttifaqında yer var. Ermənistanın iqtisadi inkişafına daxili düşmənləri - inhisarçılar, oliqarxlar və Ermənistandan kənardakı qüvvələrə tabe olan hakimiyyət mane olur.

Ovik Abramyandan əvvəl baş nazir olan Tiqran Sərkisyan fəaliyyəti boyunca Ermənistanı Avropa Birliyinin azad ticarət zonasına və dünya maliyyə sisteminə inteqrasiyaya hazırladığını bildirdi. Lakin sonda onun yalan danışdığı üzə çıxdı. Dünya maliyyə sistemi isə heç nə düşünmədən maddi istehsaldan imtina edən və asan yol seçən ölkələrin iqtisadiyyatını udur. Bu ölkələr Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun borclularına və girovlarına çevrilirlər, onlardan tam asılı vəziyyətə düşürlər. Tiqran Sərkisyan bunun öhdəsindən parlaq şəkildə gəldi - onun baş nazirliyi dövründə Ermənistanda, demək olar ki, sənayeyə sərmayə yatırılmayıb, amma banklar çiçəklənib, icbari sığorta tətbiq edilib, icbari yığım sistemi, cərimələr sistemi tətbiq edilib, xarici borc artıb, pulların ölkədə maneəsiz dövr etməsi üçün hər şey edilib. Heç kimin onlara mane olmaması üçün işçi qüvvəsinin ixracı stimullaşdırıldı, başqa ölkələrdə istehsal stimullaşdırıldığı halda Ermənistanda yalnız idxal artırıldı”.

Ekspertin fikrincə, Tiqran Sərkisyan bəlkə də Avropa İttifaqının azad ticarət zonasına qoşulmaq nəticəsində sərmayələrin artacağına ümid edib: “Amma 3 sentyabr bütün planları dəyişdi. Ermənistanın Gömrük İttifaqına girmək niyyəti barədə bəyanatı gerçək iflas idi. İndi iqtisadiyyat dağıdılıb, Avropa sisteminə inteqrasiya ümidləri puça çıxıb. Ən dəhşətlisi isə erməni iqtisadiyyatını yerli-dibli məhv edəcək Gömrük İttifaqına girmək istəyidir”. 

Ermənistan Milli Konqresini təmsil edən deputat Aram Manukyan isə qeyd edir ki, bu gün Cənubi Qafqazın digər ölkələrinə Ermənistandan dəfələrlə çox sərmayə yatırılır. Onun sözlərinə görə, regional miqyasda Ermənistan bölgənin iqtisadi vahidi kimi sadəcə mövcud deyil. Ermənistan heç bir inkişaf perspektivinə malik deyil. Bütün bunlar ölkədə vəziyyətin daha da pisləşəcəyini göstərir”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Ən çox oxunanalar