Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azpetrol” və Rafiq Əliyev Moldovadakı korrupsiya qalmaqalında


Moldova, Ukrayna və Rumıniyadan olan araşdırmaçı jurnalistlər qrupu Moldovanın Curculeşt limanı layihəsinin həyata keçirilməsi ilə bağlı araşdırma aparıblar


Virtualaz.org xəbər verir ki, araşdırmanın nəticələri təkcə moldovalı siyasətçilər üçün deyil, eyni zamanda İsveçrə və Hollandiya şirkətləri, habelə Avropa Yenidənqurma və İnkişşaf Bankının əməkdaşları üçün qalmaqallı olub.

Üstəlik antikorrupsiya araşdırmasında mərkəzi fiqurlardan biri kimi “Azpetrol” neft şirkətinin və onun keçmiş sahibi, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı Rafiq Əliyevin də adı keçir.  Bu araşdırmanın nəticələrini  anticoruptie.md portalı dərc edib.




Curculeşt limanı biznes-layihəsi hələ 1993-cü ildə işlənib hazırlanıb. O vaxtkı baş nazir Andrey Sanqeli hökumət üzvlərinə Prut və Dunay çaylarının mənsəbində liman inşası layihəsini təklif edib. Layihənin reallaşması üçün hökumət 25.5 milyon dollar kredit götürüb. Lakin 10 il keçəndən sonra məlum olub ki, nəzərdə tutulan işlərin cəmi 30 faizi görülüb.

2004-cü ildə kommunistlərdən ibarət Moldova hökuməti yarımçıq layihəni bərpa edib, bu məqsədlə Azərbaycanın “Azpetrol”, “Azertrans” və “Azpetrol Rafinery” şirkətləri ilə müqavilə bağlanıb. Bu şirkətlərin hər üçü əslində Bakıda qeydiyyatdan keçmiş “ana “ şirkətin törəmələri idi. Həmin şirkət liman layihəsinin başa çatdırılması üçün 250 milyon dollar investisiya təklif edib. Bundan başqa azərbaycanlı investorlar Avropa Yenidənqurma və İnkişaf Bankı qarşısında kredit öhdəliyini də bağlamalı idi. İnvestorlar habelə Moldovada, Curculeşt limanı yaxınlığında neft terminalının tikintisini də həyata keçirməyi vəd ediblər.



Marian Lupu

Ancaq indi kommunistlər Moldovanın keçmiş prezidenti Marian Lupunu və keçmiş nazir İqor Dodonu ittiham edirlər ki, limanın tikilin başa çatdırılmasından sonra istismarını sərfəli olmayan şərtlərlə xarici şirkətə veriblər. Curculeşt limanına dair investisiya müqaviləsi 2004-cü ilin dekabrında imzalanıb, ancaq müqaviləni bu yaxınlarda keçmiş deputat, kommunist Aleksandr Petkov ilk dəfə dərc edib.

Kommunistlər deyir ki, liman hazırda tanınmış moldovalı oliqarxın nəzarətindədir. Söhbət ölkədə hakimiyyətə yiyənlənmək istəyən Vladimir Plaxotikdən gedir. O, limanı Amerika vətəndaşlığı daşıyan partnyoru, “Trans-oil İnternational SU” şirkətinin sahiblərindən biri Vaju Djaşinin adına keçirib.

Jurnalistlər isə müəyyən ediblər ki, Curculeşt limanı ilə bağlılığı olan əsas biznes-fiqur Tomas Mozer və Hollandiya şirkəti “EASEUR Holding BV”-dir. Həmin Tomas Mozer kimdir?



Əliyev qardaşları

O, Almaniyanın İnkişaf Bankında işləyib, 1996-cı ildən isə Avropa Yenidənqurma və İnkişaf Bankında işə keçib. Üç il sonra o, bank prezidentinin dəftərxanasında işləməyə başlayıb. 2001-ci ildə isə Mozer bankın Bakı nümayəndəliyinin rəhbəri təyin olunub. 2003-cü ildə isə Fərhad və Rafiq Əliyev qardaşları Mozeri “Azpetrol”da departament rəhbəri vəzifəsinə gətiriblər. Həmin vaxtlar Əliyev qardaşları “Azpetrol” şirkətinin sahibləri idi.

2005-ci ildə Rafiq və Fərhad Əliyev qardaşları dövlət çevrilişinə cəhddə ittiham olunub, uzunmüddətli həbs cəzasına məhkum ediliblər. Araşdırmalar göstərir ki, Rafiq Əliyevin həbsindən dərhal sonra “Azpetrol”un rəhbərliyinə Tomas Mozer gətirilib. Eyni zamanda o, “Azertrans” və “Azpetrol Rafinery” şirkətlərinə də rəhbərliyi həyata keçirməyə başlayıb. Bir müddət sonra o, şirkətlərin adını dəyişib və müvafiq olaraq “Bemol Retail”, “Bemol Rafinery “ və “Danube Logistics” adlandırıb.

Sonralar Tomas Mozer Qətər KİV-lərinə açıqlamasında Moldovada neft terminalının tikintisi layihəsindən bəhs etmişdi. Əslində onun Curculeşt limanı layihəsinə marağı qanuni sayıla bilərdi.  Çünki Avropa Yenidənqurma və İnkişaf Bankında işləyərkən bu layihəyə kredit ayrılmasına dair danışıqlar aparmışdı, bütün detallardan xəbərdar idi.



Tomas Mozer

Moldova hökuməti ilə bağlanmış investisiya layihəsinə əsasən Curculeşt limanından daşınan neft və neft məhsulları gömrük rüsumlarından və ƏDV-dən azad edilirdi. “Azpetrol” (“Bemol”) şirkətinə icazə verilirdi ki, benzin və dizel satışına görə ixrac ƏDV-ni alsın. Şirkət habelə aksiz vergilərindən azad idi. Bütün bu güzəştlərə baxmayaraq şirkət Moldovada benzini və dizeli bazar qiymətinə satırdı.

2011-ci ildə Hollandiya şirkəti “EASEUR Holding BV” iri məbləğdə borclardan yaxa qurtarmaq üçün Rafiq Əliyevin şirkəti “New Ventures Capital”ı inandırır ki, “Credit Suisse” bankı qarşısında kredit öhdəliyini bağlasın. Razılaşmaya əsasən borcun bağlanmasının əvəzində “Credit Suisse” və Tomas Mozer tərəfindən yaradılan

“Danube Logistics Holding BV” adlı şirkət hollandiyalılardan “Danube Logistics SRL” şirkətinin səhmlərinin 80 faizini alıb. Habelə “EASEUR Holding BV” və “Azpetrol” (“Bemol Retail SRL”) şirkətlərinin borclarına sahib çıxıb. Bu aktivlərin əvəzində “Danube Logistics Holding BV” şirkəti

“EASEUR Holding BV” şirkətinin “Credit Suisse” bankından götürdüyü 36.1 milyon dollarlıq borcunun ödənilməsini üzərinə götürüb. Lakin 2015-ci ildə “Danube Logistics” və “EASEUR Holding” arasında fikir ayrılığı yaranıb, iş məhkəmə çəkişməsinə qədər uzanıb. Məhkəmə hələ də davam edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“X”in məhkəmədə uduzması tədqiqat üçün böyük qələbə adlandırıldı

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

Dövlət qulluğuna qəbul imtahanında 34 nəfər uğur qazanıb

Ən çox oxunanalar