Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bəs mənim hüququm?!”


Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi, Cənub Regional Televiziya şirkətinin və Lənkəran şəhər Gənclər və İdman idarəsinin tərəfdaş təşkilatçılığı ilə Aysel Babazadənin “Bəs mənim hüququm?!” adlı qısametrajlı filmin təqdimatı baş tutub.


Təhsildən yayınaraq məcburi əməyə cəlb olunan məktəbli uşaqdan bəhs edən film Salyanda məktəblilər qarşısında  nümayiş olunub.

Film real hadisələr əsasında ekranlaşdırılıb. Valideyinlərinin təkidi ilə dərsdən yayınaraq əməyə cəlb olunan Arif öz yaşıdları kimi çiynində çanta məktəbə yollanmaq,təhsil almaq arzusundadır. Amma valideyinlərini arzusu övladlarının gətirdiyi qazancı yeməkdir. 12 yaşlı məktəblinin küçədə, çiynində şəkərbura satmaq yox parta arxasında oturub təhsil almaq haqqı var.  Çox böyük təəssüf hissi qeyd etmək lazımdır ki, cəmiyyətdə öz övladlarının gələcəyini düşünməyən bu tip valideyinlər var. Filmin adından da bəlli olur ki, Arif valideyinlərinə səslənir “Bəs mənim hüququm?!”.

Filmin nümayişinin noyabr ayına təşkil olunması əbəs yerə deyil. Bütün dünyada olduğu kimi Azərbaycanda da  20 noyabr tarixi uşaq hüquqlarının müdafiəsi günü kimi qeyd olunur. Məhz bu filmdə uşaqların öz hüquqlarının bilməsi istiqamətində ən yaxşı vasitədir. Hər kəs bilməlidir ki, Azərbaycan Respublikasında təhsilin əsas məqsədi Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, хalqının milli ənənələrinə və demоkratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəхsiyyət yetişdirməkdir. Təbiidir ki,bu gün hansısa yollarla təhsildən yayınan məktəbli, gələcəkdə bir sıra pis vərdişlərə və xoş olmayan mühitdə böyüyəcək. 

Filmin təqdimatı növbəti günlərdə Lənkəran,Masallı,BiləsuvarNeftçala rayonlarında təqdimatı olacaq.





pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Bəluclar Çinin infrastruktur layihələrini həyata keçirməsinə mane olurlar

Ən çox oxunanalar