Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bıçağı gəlinin boğazına dirədim, qoca qadını dostum tutdu“ - Video


Samux rayonunda 4 nəfərdən ibarət cinayətkar dəstə zərərsizləşdirilib. Dəstə üzvləri 77 yaşlı qadına qarşı qudurluq etməkdə şübhəli bilinir. Onlardan biri zərərçəkənin keçmiş kürəkəni olub


Naməlum şəxslər Samux şəhər sakini Bəyaz Məmmədovanın mənzilinə daxil olublar. “Çağırılmamış qonaqlar” ev sahibinin ağzını yapışqanlı lentlə bağlayaraq ona bıçaqla hədə-qorxu gəliblər.

Bəyaz Məmmədova - zərərçəkən şəxs: “Gecə vaxtı yatmağa hazırlaşırdım. Bir də gördüm ki, pəncərədən içəri daxil oldular. Elə bildim, bomba partladı. Mənim ağzımı bağlayıb dedilər ki, 2 dənə baş kəsmişik bu dəqiqə, tez elə, pulu və qızılları ver, yoxsa sizi öldürəcəyik”.

Zərərçəkən qızıllarının olmadığını, yalnız 500 manat nağd pul olduğunu bildirib və həmin pulu onlara verib. Pulu götürən şəxslər dərhal evi tərk ediblər. 

Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Bəyaz Məmmədovanın keçmiş kürəkəni - Gədəbəy rayon sakini 41 yaşlı Buta Abdullayev, onun həmyerlisi 33 yaşlı Orxan Əlizadə, eləcə də Ucar rayon sakinləri – 22 yaşlı Anar Rəhimov və 18 yaşlı Mehman Qarayev şübhəli şəxs qismində saxlanılıblar.

Malik Məmmdədov -  Samux rayon polis şöbəsinin rəis müavini: “Buta Məmmədov təxminən bir il bundan əvvəl Bəyaz Məmmədovanın qızı ilə qeyri-rəsmi şəkildə ailə qurublar. Bir müddət həmin ünvanda yaşayıblar. Bəyaz xanımın pulu və qızılı olduğunu düşünən həmin şəxs bu barədə dostlarına məlumat verib”.

Saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər. Dəstə üzvləri bildiriblər ki, Samuxda törədəcəkləri quldurluqla bağlı qərarı Bakıda veriblər. Daha sonra onlar əməllərini reallaşdırmaq üçün Gəncəyə, oradan isə Samuxa gəliblər.

Mehman Qarayev - saxlanılan şəxs: “Pəncərəni sındırıb, evə girmişik. Evdə bir yaşlı qadın, bir də gəlin olub. 500 manat pul götürüb çıxmışıq. Gəlmişik Gəncəyə, oradan da Bakıya". 

Buta Abdullayev - saxlanılan şəxs: “Bəyaz mənim qayınanam olub. Uşaqlar məndən soruşdular ki, iş var? Mən də dedim ki, belə bir ev var, amma bilmirəm onlarda pul var, yoxsa yox. Onlar da dedilər ki, bizdən ötrü iki vuraq ikidir, sən evi göstər. Mən də evi göstərdim, girdilər, çıxdılar". 

Anar Rəhimov - saxlanılan şəxs: “Bıçağı gəlinin boğazına dirədim, dostum da qoca qadını tutmuşdu. Dedim ki, bircə pulu, qızılı ver, bizim sənlə işimiz yoxdur".

Orxan Əlizadə - saxlanılan şəxs: “Biz ikimiz evdə qalmışıq. Onlar gecə 1-2 radələrində getdilər, səhərə yaxın da gəldilər. 180 manat pulu çıxarıb stolunj üstünə qoydular. 80 manatı mən götürdm. 

Faktla bağlı araşdırmalar davam etdirilir. Qeyd edək ki, saxlanılan Orxan Əlizadənin qardaşı Arzu Əliyev bir müddət əvvəl Gədəbəydə törədilən quldurluq hadisəsinin iştirakçısı olub və tutularaq məsuliyyətə cəlb olunub. (Region TV)



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Ən çox oxunanalar