Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu ABŞ-ın yeritdiyi siyasətdir”


“ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi - USAID tərəfindən Azərbaycanda müstəqil medianın inkişafı üçün qrantın qəsdən gizlin elan edilməsi məqsədli xarakter daşıyır”


Bu sözləri Teleqraf.com-a Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib. 

Onun sözlərinə görə, bu kimi təşkilatlar indiyə qədər yalnız Azərbaycan hakimiyyətinin, dövlətinin əleyhinə olan QHT-lərlə çalışıblar: 

“Belə təşkilatlar xüsusilə radikal müxalifətin təsiri altında olan QHT və media qurumları ilə çalışırlar. Burada da məqsəd maraqlı olduqları məsələlərə çatmaqda Azərbaycan hakimiyyətinə birbaşa təzyiq etməkdir. Son illər ABŞ yönümlü beynəlxalq təşkilatların Azərbaycanda elan etdiyi qrant layihələrində yalnız radikal müxalifətin təsiri altında olan, özlərinə yaxın QHT-lər qalib olub. Bu yaxınlarda bunu ATƏT Parlament Assambleyasın Bakıda keçiririlən 23-cü sessiyasında ATƏT rəhbərliyi ilə Azərbaycandan fəaliyyət göstərən QHT sədrlərinin görüşündə də qeyd edildi. 

Onlara bunun hansı səbədən baş verildiyi sual edildi. Təəssüf ki, bu suallara cavab verən olmadı. Onların nəzərinə çadırıldı ki, son illərdə 28 milyondan artıq qrant layihələri həyata keçirdiblər və bu layihələrin 80 faizi 20-yə yaxın eyni QHT-lərə verilib. Bu təşkilatlar da birbaşa radikal siyasi kurs tutanlardı. Niyə məhz bu təşkilatlara veriblər? Bircə fakt yoxdur ki, hakimiyyətin yürütdüyü siyasəti dəstəkləyən, konstruktiv mövqe tutan və ya bitərəf QHT-lər bu qrantlardan faydalansınlar. Hesab edirəm ki, bunu ABŞ qəsdən edir və bu onların yeritdiyi siyasətdir”. 

Niyaməddin Orduxanlı onu da söyləyib ki, radikal yönümlü QHT-lərə qrantlar ayırmaqla çalışırlar ki, lazım olan məqamda həmin təşkilatlar Azərbaycan hakimiyyətinin əleyhinə bəyanatlar versinlər yaxud da ABŞ-ın siyasətini dəstəkləsinlər. Bu da təəssüf hissi doğurur. 2007-ci ildən QHT sədri kimi fəaliyyət göstərirəm və bu sahədə kifayət qədər təcrübəm var. Bütün bu hadisələr göz qabağındadır. Açıq şəkildə bütün qrant layihələrini özlərinə yaxın adamlara verirlər və utanmadan da özlərini “demokratiya çarçısı” adlandırırlar”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar