Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Chatham House”da Azərbaycanla bağlı qapalı toplantı keçiriləcək



Böyük Britaniyanın beynəlxalq analitika mərkəzi - Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutu (The Royal Institute of International Affairs) - "Chatham House" Azərbaycanla bağlı məsələni müzakirə edəcək


İyulun 13-də keçiriləcək bu qapalı müzakirələrə "Chatham House-un “Rusiya və Avrasiya” Proqramı tərəfindən dəstək verilib.

Azərbaycanın xarici siyasətinə elitanın baxışı” adlı bu toplantıda Azərbaycanı Zaur Şiriyev təmsil edəcək. O öz məruzəsində Azərbaycan elitasının xarici siyasətin formalaşmasında rolu, regional proseslər və Rusiyanın Azərbaycana təsiri ilə bağlı baxışı məsələlərinə diqqət çəkəcək.   

Qapalı toplantıda yalnız xüsusi dəvətlə iştirak etmək mümkündür.

zaur siriyev.jpg

"Chatam House"un saytında verlən məlumata görə,  Zaur Şiriyev 2014-cü ilin may ayından Azərbaycan Diplomatik Akademiyasında çalışıb.  2009-1014-cü illərdə Azərbaycan Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzində işləyib. O, həmçinin Türkiyədə  Asiya Straterji Araşdırmalar Mərkəzində və Anakaradakı Beynəlxalq Strateji Araşdırmalar Mərkəzində çalışıb.

Z.Şiriyevin Cənub Qafqaz, enerji təhlükəsizliyi ilə bağlı çoxsaylı məqalələrin  və tədqiqatların müəllifi olduğu qeyd olunur.

Qeyd edək ki,  bir neçə gün əvvəl "Chatham House"  iyulun 8-də "Dağlıq Qarabağ: Regional çağırışlar” adlı  müzakirələr keçirəcəyi barədə elan vermişdi.

"Chatham House” həmin tədbirə separatçı qurumun rəhbəri Bako Saakyan toplantıya spiker kimi dəvət edilərək  “de-fakto Dağlıq Qarabağ Respublikasının prezidenti” kimi təqdim edib. 

Azərbaycan XİN-in etirazından sonra Böyük Britaniya bildirlib ki, London ölkənin suverenliyinə hörmət edir və “DQR”-i  tanımır.

İndi Azərbaycanla bağlı əlahiddə müzakirələrin təyin edilməsi maraqlıdır.

Qurum vaxtaşırı Azərbaycanla bağlı məsələləri müzakirə edib. 1994-cü ildə Böyük Britaniyada olan eks-prezident Heydər Əliyev “Chatam House”da çıxış edib. 

2003-cü ildə bu qurum Azərbaycanda prezident seçkilərini qapalı müzakirəyə çıxarıb. “Chatam House”da sonuncu dəfə 17 sentyabr 2013-cü il tarixində “Azərbaycan seçkilərdən əvvəl və sonra” mövzusunda müzakirə keçirilib.  Bu müzakirəyə Azərbaycandan məruzəçi kimi REAL hərəkatının rəhbərlərindən biri - hüquqşünas Erkin Qədirli dəvət edilib.

1920-ci ildə yaradılmış Beynəlxalq Münasibətlər üzrə Kral Araşdırmaları İnstitutu dünyanın nüfuzlu "beyin mərkəz"lərindən sayılır. Qraf Çatamın İnstituta bağışladığı mülkün adı ilə bu institut “Chatam House” adlanır. İnstitutun məqsədi beynəlxalq arenadakı əsas problemlərin öyrənilməsi və anqlo-amerikan qarşılıqlı münasibətlərini möhkəmlətməyə Amerika auditoriyasının ümumi dəstəyini almaqdır.

 “Chatam-House” öz daxili qaydalarına əsasən, görüşlər və diskussiyalar təşkil edir. Bu qaydalara görə, iştirakçılar aldıqları informasiyadan azad şəkildə istifadə edə bilərlər, ancaq onlar toplantıda çıxış edənlərin adlarını və işlədikləri yeri açıqlamaq ixtiyarında deyillər.

Bundan başqa, informasiyanı hardan aldıqları barədə xatırlatma vermək də qadağandır.(strateq.az) 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

COP29-un rəhbər heyəti BMT İDÇK-nın müşahidəçiləri ilə görüşüb

Cəlilabadda yol qəzasında xəsarət alanların kimliyi məlum olub - Yenilənib

İstanbulda havanın çirkliliyi təhlükəli həddə çatıb

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Ən çox oxunanalar