Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Cinayətkarı həbs etmək üçün atanın xahişi lazımdır?”


“Bir general öz xahişi ilə övladını həbs etdirirsə, bu Azərbaycan hüquq sisteminə mənfi bir çalar gətirir”


PİA.AZ xəbər verir ki, bunu Azvision.az-a açıqlamasında millət vəkili Fazil Mustafa general-mayor Şərif Əsədullayevin qanunsuz əməl törədən oğlu Tamerlan Əsədullayevi həbs etdirməsinə münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, generalın övladını öz xahişi ilə tutdurması ifadəsi doğru deyil.

“Burada xahişdən söhbət getməməlidir. Əgər oğul qeyri-qanuni bir əməl törədibsə tutulmalıdır. Burada kiminsə bəyəm xahişini gözləmək lazımdır? Övladı kimə görəsə həbs etmirlər. Hamı qanun qarşısında bərabərdir. Bu informasiyanın kütləvi informasiya vasitələrində generalın öz oğlunu tutdurması formasında verilməsi doğru deyil”.

Daha sonra millət vəkili daxili işlər nazir Ramil Usubovun fəaliyyətindən danışıb:

Ramil Usubov hüquqa ən çox hörmət edən insanlardan biridir. O, həmisə çərçivəni dəqiq gözləyən vəzifəli şəxlərdən biridir. Bunu onun fəaliyyətində də müşahidə edirik”.

Millət vəkili qanunsuz əməl törədən məmur övladlarından da söhbət açıb:

“Oğula görə atanın işdən çıxarılması yalnış bir addımdır. Əgər oğul hansısa bir qeyri-qanuni əməli törədibsə və bu ata tərəfindən stimullaşdırılmayıbsa burada onun günahı yoxdur. Əgər oğul xuliqan və norkamandırsa, atada da bunun qarsışını ala bilmirsə, o zaman hüquq mühafizə oraqanları fəaliyyətə keçməlidirlər. Biz hüquqi dövlət qurmaq istəyiriksə qeyri-qanuni əməl törədən hər kəs həbs olunmalıdır. Həmin generalın övladını xahişlə həbs etdirməsi ifadəsinin işlədilməsi bizim hüquq mühafizə oarqanlarının fəaliyyətinə kölgə salır”. 

Qeyd edək ki, bir neçə gün öncə Bakının Yasamal rayonunda fəaliyyət göstərən “Senator” restoranında dava-dalaş baş verib, bir nəfər bıçaqlanıb.

Hadisədə təqsirli bilinən Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev həbs edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

“X”in məhkəmədə uduzması tədqiqat üçün böyük qələbə adlandırıldı

Ən çox oxunanalar