Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gülənin Türkiyəyə verilməsi ABŞ tarixinin ən utancverici qərarı ola bilər” - Politoloq


Azər Qasımlı: “Fətulla Gülənin Türkiyəyə təhvil verilməsi iki ölkə arasındakı mövcud Suriya probleminə olan fərqli və ziddiyyətli yanaşmaları aradan qaldıra bilməz”


“Tramp administrasiyasının bu qərar bir müddət keçdikdən sonra mənfi presidentlər yarada bilər”

Bu fikirləri PİA.AZ-a REAL Hərəkatı sədrinin ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımlı ABŞ-ın Avropa Birliyindəki yeni səfiri Ted Malloch ABŞ Administrasiyasının Güləni Türkiyəyə təhvil verə biləcəyi ilə bağlı açıqlamasına münasibət bildirərkən qeyd edib.

Qeyd edək ki, ABŞ-ın Avropa Birliyindəki yeni səfiri Ted Malloch Türkiyənin NTV kanalına açıqlamasında ABŞ-ın Pensilvaniya şəhərində məskunlaşan və Türkiyə tərəfində dşvlət çevrilişi etməkdə ittiham olunan Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin Türkiyəyə təhvil verilə biləcəyini istisna etməyib. Sabiq prezident Obamanın lazımi addımlar atmadığını bildirən səfir Trampın Güləni Türkiyəyə təhvil verəcəyinə inandığını bildirib. Bununlada güman olunur ki, iki ölkə arasında gərginlik ortadan qalxa bilər. 

Tramp Adminstrasiyası Fətulla Güləni Türkiyəyə təhvil verərsə, iki ölkə arasındakı gərginliklər və geosiyasi fikir ayrılıqları ortadan qalxarmı və Suriyada İranRusiya ilə birlikdə hərəkət edən Türkiyənin mövqeyində dəyişikliklər mümkündürmü?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Azər Qasımlıya müraciət edib. 

Azər Qasımlı: “Ortada hansısa ciddi bir sübut yoxdur ki, çevrilişin arxasında Fəttullah Gülən dayanıb”.


Politoloq hesab edir ki, bu qərarın verilməsi hansısa ciddi strateji dəyişikliklərə səbəb olmayacaq. Yalnız mövcud münasibətləri bir az istiləşdirə bilər. Tramp administrasiyası bu qərarı versə, bu ABŞ tarixinin ən utancverici, səhv qərarı olar. Çünki ortada hansısa ciddi faktlar,əsaslandırmalar yoxdur.Belə bir qərarın müqabilində Türkiyənin Suriyadakı siyasətində hansısa ciddi dəyişikliklərin olacağına inanmıram:

“Təbii ki, əgər bu baş versə, Türkiyə-ABŞ münasibətləri daha da istiləşəcək. Daha isti dialoqun yaranması üçün müəyyən zəmin yaranar. Amma bu strateji olaraq iki ölkə arasındakı mövcud Suriya probleminə olan fərqli və ziddiyyətli yanaşmaları aradan qaldırmayacaq. İnanmıram ki, geosiyasi fikir ayrılıqlarına unun hansısa ciddi təsiri olsun. Olsa da, uzunmüddətli deyil, qısamüddətli  təsiri ola bilər.

Digər tərəfdən hesab edirəm ki, ABŞ Administrasiyası belə bir qərar versə, bu ABŞ tarixinin ən utancverici, səhv qərarlarından biri olar. Çünki ortada hansısa ciddi bir sübut yoxdur ki, çevrilişin arxasında Fəttullah Gülən dayanıb. Bütün işləri şəxsən idarə etməyinə dair konkret heç bir fakt yoxdur. Və buna görə də mən hesab edirəm ki, ABŞ-ın belə bir qərar verməsi olduqca yanlış olardı. 

Eyni zamanda bu qərar bir müddət keçdikdən sonra mənfi presidentlər yarada bilər. 

Belə bir qərarın verilə biləcəyi təqdirdə Suriyada İranRusiya ilə birlikdə hərəkət edən Türkiyənin mövqeyində hansısa ciddi dəyişikliklər yaranmayacaq”.

Sübü Əzizova
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevə həsr edilmiş futbol turniri başa çatıb

Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

Azərbaycan üçün yeni idman növünün təqdimatı olub

Ən çox oxunanalar