Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Həştərxan sammitində böyük irəliləyiş əldə olunub”


Xələf Xələfov: “Astana sammitində dənizin hüquqi statusu haqqında Konvensiya qəbul ediləcək”


Xəzəryanı ölkələrin dövlət başçılarının Həştərxanda keçirilən dördüncü sammitinin nəticələrini qənaətbəxş hesab edirik”.

Bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir müavini bildirib ki, Xəzərin statusu ilə bağlı danışıqlarda 18 il ərzində ən böyük irəliləyiş bu sammitdə müşahidə olunub: “Bu sammit danışıqlarda yeni mərhələ hesab oluna bilər. Sammit çərçivəsində qəbul olunan birgə bəyanat, bağlanmış sazişlər bir çox məsələlərə aydınlıq gətirib. Bioloji resurslardan istifadə, Xəzər akvatoriyasının bölüşdürülməsi, silahlanmanın balanslı şəkildə aparılması mövzularında tərəflər mühüm razılıqlara gəlib. Növbəti mərhələdə isə ekspertlər bu məqamları dəqiqləşdirəcəklər”.

X. Xələfov qeyd edib ki, Xəzərin səthi ilə bağlı mühüm məqamlarda razılığa gəlinsə də, əsas məsələ Xəzərin dibi, yəni təbii sərvətlərdən istifadə qaydalarıdır: “Bu yöndə Azərbaycan RusiyaQazaxıstan arasında çoxdan razılıq əldə olunsa da, Türkmənistan və İranla fikir ayrılıqları var”.

Nazir müavini 2016-cı ildə Astanada növbəti sammit keçiriləcəyini, orada Astana Konvensiyasının qəbul olunacağını və Konvensiyada Xəzərin hüquqi statusunun daha dəqiq öz əksini tapacağını vurğulayıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Ən çox oxunanalar