Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İqtidarın barmağı” və az mandat uğrunda mübarizə


Bizdə qaydadır, hansısa partiyanın daxilində qarşıdurma olsa, o saat hamı “iqtidarın barmağı”ndan şübhələnir. Həmişə çəkişən, partiya daxilində üstünlük qazanmağa çalışan tərəflərin hər ikisi bir-birini “iqtidara işləmək”də, “hakimiyyətdən sifariş alaraq partiyanı dağıtmaq”da ittiham edirlər


Bu zaman qarşılıqlı ittihamlar o qədər şiddətlənir, sular o qədər bulanır ki, ictimaiyyət kimin düz dediyini dərhal kəsdirə bilmir.

İllərdir ki, belədir. İllərdir, hamı “iqtidarın barmağı” amilindən danışır. Bu, artıq bir az da mistikləşib.

Ancaq reallıq bundan ibarətdir ki, doğrudan da parçalanan, daxili təlatümlərə məruz qalan partiyalar çox vaxt “iqtidarın barmağı”nın fəaliyyəti nəticəsində bu günə düşürlər. 
Hakimiyyət başbilənləri və sözçüləri bunu qəbahət saymırlar, etiraf etməsələr də, hansısa partiyanın daxilinin qarışdırılmasındakı rollarını qətiyyətlə inkar da etmirlər.

Onların izahatları da var: siyasi mübarizədir, hər bir qüvvə istəyər ki, öz rəqibini zəiflətsin, seçicilərin gözündən salsın, seçkilərdə məğlub eləsin, öz iqtidarının uzunömürlü olmasını təmin etsin.

Burada əlbəttə ki, bu iş üçün dövlətin siyasi, inzibati, maddi resurslarından nə qədər istifadə olunub, “iqtidarın barmağı”nın rolu nə dərəcədə həlledicidir - bu barədə susurlar.
Budur, ötən ilin sonu, bu ilin əvvəlində ölkənin ən böyük müxalifət partiyasında - Müsavatda başlayan və partiyanın itkiləri ilə nəticələnən təlatümün, ixtilafın biri də AXCP-də əmələ gəlib.
Müsavatçıların qovğasında da tam əksəriyyət “iqtidarın barmağı”ndan şübhələnirdi. Hətta bunu əminliklə bəyan edənlər, hər kəsi buna inandırmağa çalışanlar da vardı. 
Ən neytral adamlar belə düşünürdü ki, ortada nəsə bir şey var, olmasa, bu işlərin heç biri baş verməz.

Söz yox, iqtidar düşərgəsi Müsavatın parçalanmasında, zəifləməsində çox maraqlı idi və əlindən gəldiyi qədər partiya daxilindəki yanar ocağa çır-çırpı, benzin atırdı. 

Ancaq üstündən 10 aya yaxın vaxt keçdikdən sonra yeni-yeni məlum olur ki, Müsavatdakı tərəflərin heç biri iqtidar tərəfindən təlimatlandırılmır, heç bir gizli bağlılıq da yoxdur. 
Əgər elə bir şey olsaydı, bunun davamı, daha ciddi nəticələri olardı. Əksinə, iqtidarla əməkdaşlıqda ittiham olunan əsas tərəfin liderləri hakimiyyət tərəfindən sanksiyaya məruz qaldılar.

İndi Razi Nurullayevin başçılıq etdiyi narazı cəbhəçilər AXCP daxilində ixtilaf tərəfinə çevriliblər. Yenə hamının ağlına “iqtidarın barmağı” versiyası gəlir və bu səbəbsiz deyil.
Hər kəs bilir ki, mövcud iqtidar komandası hakimiyyətə iddia edən bütün qüvvələri sevmədiyi kimi AXCP-ni də daima əzməyə, bölməyə, yox etməyə çalışır və bu istiqamətdə əlindən gələn hər şeyi edir. 

Ancaq bu, Nurullayevin və komandasının “iqtidardan aldığı təlimat” əsasında hərəkətə keçməsi anlamına gəlmir. 

Bu addım şəxsi təşəbbüslə də bağlı ola bilər. Məlum, seçki ilidir, siyasi arenanın oyunçularının fərqlənmək, nəsə əldə etmək üçün müxtəlif taktikalar seçməsi, manevrlər etməsi mümkündür.

Əsas məsələ odur ki, bu durumu uzun illər siyasətdə hökm sürən YAP monopoliyası yaradıb. Hakim partiyanın seçki illərində nümayiş etdirdiyi mənfi səciyyəli maksimalistlik ona gətirib çıxarıb ki, siyasi qüvvələr çox mandat uğrunda mübarizəni bir kənara buraxıb az mandat uğrunda mübarizəyə başlayıblar.

AXCP-nin indi üzləşdiyi durum 1995-ci, 2000-ci ilin seçki mühitini xatırladır. O vaxt muxtar və mobil siyasi qüvvə olaraq yeni-yeni siyasi arenaya qədəm qoyan “Yurd” birləşməsi özünü iqtidara “islahatçılar”, “yaxşı oğlanlar”  kini təqdim edərək, ənənəvi müxalifətçilərin başı üzərindən mandat almış, parlamentdə oturmuşdular. O vaxt onlar bunu əl altından, gizli və separat şəkildə etməyə müvəffəq olmuşdular.

Razi Nurullayevin hazırkı demarşı bir az da Qüdrət Həsənquliyevin başçılıq etdiyi qrupun (sonradan BAXCP adını daşıyan partiyanın) AXCP-dən dava-dalaşla qopması prosesini xatırladır. O vaxt Q.Həsənquliyev də AXCP adına iddialı idi, sonradan bu adın önünə B ilə başlayan bir söz artırıldı.

Hələlik ortalıq qarışıqdır. Bir müddətdən sonra hakimiyyətin Nurullayev və onun komandasına gerçəkdən dəstək verib-vermədiyi üzə çıxacaq. 

Seçki ilində bu kimi haqq-hesablar qətiyyən təəccüblü deyil.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ən çox oxunanalar