Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Minsk Qrupu uğursuzluğa düçar olub” - fransalı ekspert


"Ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz"


Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu uğursuzluğa düçar olub. Onların işi yalnız danışıqlar aparmaqdır”.
 
Bu barədə APA-ya açıqlamasında fransalı tarixçi-ekspert Maksim Qauyin deyib.
 
Onun sözlərinə görə, əsas məsələ Minsk qrupunun fəaliyyəti deyil, Ermənistanın işğal etdiyi torpaqları geri qaytarmaq istəməməsidir. O, bunu Ermənistanın Rusiya tərəfindən dəstəklənməsinə arxayın olması ilə əlaqələndirib.
 
Fransalı tarixçi ölkəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə də toxunub: “Fransa hökuməti dəfələrlə öz rəsmi mövqeyini açıqlayaraq bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və qondarma rejimin qəbul etmir. Ərazi bütövlüyü məsələsi danışıqlar mövzusu ola bilməz. Lakin Fransada yerli idarəetmə orqanları qondarma Dağlıq Qarabağ Respublikası ilə müəyyən müqavilələr imzalayıblar və oradakı separatçı rejimə yardım edirlər. Bunlar qanunsuzdur, Fransa qanunvericiliyinə ziddir. Bu yerli idarəetmə orqanlarının beynəlxalq səviyyədə hər hansı müqavilə imzalamaq səlahiyyəti yoxdur. Dəfələrlə Azərbaycanın təşəbbüsü ilə belə addımların qarşısı alınıb. Ümid edirəm ki, Fransa və Azərbaycanın birgə əməkdaşlığı nəticəsində bu qondarma müqavilələr ləğv olunacaq”.
 
Ekspertin fikrincə, münaqişənin əsl mahiyyətini dünyaya çatdırmaq üçün onun kökləri dərindən araşdırılmalıdır: “İlk növbədə 19-cu əsrdən bu dövrədək olan arxivlərin dərin araşdırılması tələb olunur. Həmin illərə aid faktlar var, o faktları aşkara çıxarmaq lazımdır. Bir çox qərb dövlətlərinin arxivləri araşdırılmalıdır. Məndə belə bir fakt var ki,  1920-ci ilin iyun ayında Fransanın Cənubi Qafqaz üzrə komitə rəhbəri ermənilərin türklərə və azərbaycanlılara qarşı törətdiyi aktlar, 4 min insanın öldürülməsi barədə Fransa hökumətinə hesabat verib. Bu, Fransanın tarixində var. Mən bunu Azərbaycanda deyəndə, bilmədilər. Daha çox məlumat olsa, bu münaqişənin həlli istiqamətində müəyyən addımlar ata bilərik. Məsələyə sistemli yanaşma tələb olunur”.
 
Xatırladaq ki, M. Qauyin “Azərbaycan ərazilərinin Ermənistan Silahlı Qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu”nun dəvəti ilə Azərbaycana səfər edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

Ən çox oxunanalar