Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Namizədlərin bu hərəkəti qanun pozuntusudur”


"Seçki Məcəlləsinə görə, namizədin təbliğatı harada aparılırsa, mütləq ora ilə müqavilə olmalıdır"


Bu sözləri Axar.az-a hüquqşünas Müzəffər Baxışov namizədlərin təbliğat-təşviqat ərəfəsində KİV-lərdə heç bir müqaviləsi olmadan açıqlama və şərhlərinin getməsinə münasibət bildirərkən deyib.
 
Onun sözlərinə görə, bütün KİV-lər namizədlərlə təbliğat ərəfəsində müqavilə ilə çalışmalıdır. Əks təqdirdə bu, qanun pozuntusudur:
 
“Hər bir halda namizədlə müqavilə olmalıdır və onun nə qədər xərc çəkdiyi göstərilməlidir. Təbliğat-təşviqat qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsində inzibati məsuliyyət nəzərdə tutulub. Namizəd verdiyi açıqlamada sırf özünü təbliğ edirsə, bu artıq təbliğat hesab olunur. Onun doğulduğu yer, təhsili, işi, fəaliyyəti haqqında məlumat yazırsınızsa, mütləq müqaviləniz olmalıdır. Əks təqdirdə bu, qanun pozuntusudur”.
 
Hüquqşünas əlavə edib ki, şəxs əvvəlki fəaliyyəti işə məşğul olub açıqlamalar yayırsa, burada heç bir qanun pozuntusu yoxdur:
 
“Namizədliyini verən şəxs həm də hüquqşünasdırsa və hansısa sayt ona fərqli bir məsələ ilə bağlı müraciət edib açıqlama alırsa, bu təbliğat sayılmır. Həmin şəxs öz fəaliyyəti ilə məşğul olur. Bunun üçün müqavilə lazım deyil. Şəxs işi ilə bağlı açıqlamalar verib, şərhlər yaza, saytlar da bunu işıqlandıra bilər. Burada qanun pozuntusu yoxdur”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevə həsr edilmiş futbol turniri başa çatıb

Azərbaycan üçün yeni idman növünün təqdimatı olub

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

Ən çox oxunanalar