Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Öldürüləcəyimdən tam əminəm…” – Aclığa başlayan generalın ŞOK məktubu



Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov aclıq aksiyasına başlayıb


Bunu musavat.coma-a açıqlamasında A.Çovdorovun vəkili Kamandar Nəsibov deyib. 

Vəkil bildirib ki, buna səbəb A.Çovdarovun səhhətində yaranan problemlərin müalicəsinə yaradılan süni problemlərdir.

K.Nəsibov deyib ki, oktyabrın 24-də 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan generalla görüşüblər və bu görüş Akif Çovdarovun istəyi ilə bağlı olub: “Bizə zəng elədi ki, təcili görüşə gedək. Bizimlə danışanda bildirdi ki, şənbə və bazar günləri səhhəti ağırlaşıb. Dərman və müayinə tələb edilsə də, təmin etməyiblər. A.Çovdarov deyib ki, icazə verin, vəkilimə və ailəmə zəng edim. Ancaq deyiblər ki, sənin zəng günün birinci gündür. Biz də birinci gün görüşə getdik. Müalicəsinə şərait yaradılmamasından narazıdır. Dedi ki, passiv hərəkətlərlə onun ölümünə nail olmaq istəyirlər”.

Akif Çovdarov aclıq aksiyasına başlaması ilə bağlı məktubunu vəkillərinə təqdim edib. Saxlanıldığı gündən bu vaxta qədər bir dəfə də olsun, təmiz havaya çıxarılmadığını qeyd edən Akif Çovdarov səhhətində olan problemlərin müayinəsinə heç bir köməklik edilmədiyini yazıb. O, qeyd edib ki,  Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən “müalicə” yolu ilə öldürüləcəyindən tam əmindir.  Odur ki, bunlara etiraz olaraq, həyatının təhlükədə olduğunu düşünərək, aclıq aksiyasına başlayıb.

“Aclığı 25 oktyabr, səhər saat 09:00-dan elan edirəm” – deyə məktubun sonunda qeyd edilir və həbsdəki generalın imzası ilə təsdiq olunur.





pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Ən çox oxunanalar