Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qəbələ” səfərdə “Neftçi”ni məğlub etdi


Topaz Premyer Liqasında XII turun son oyunu keçirilib


”Report”un məlumatına görə, “Bakcell Arena”da “Neftçi” “Qəbələ”ni qəbul edib. Görüş qonaqların əzmkar qələbəsi ilə yekunlaşıb – 3:2. Meydan sahibləri hesabda iki dəfə önə keçiblər. 19-cu dəqiqədə Emin Mahmudov Azərbaycan çempionatında ilk qolunu vurub. Bu, həm də “Neftçi” və “Qəbələ” arasındakı görüşlər tarixində 100-cü qol olub.
Lakin tezliklə “Qəbələ”nin hücumçusu Baqali Dabo yan xətt hakimi Zeynal Zeynalovun səhvindən sonra təyin olunmuş künc zərbəsindən sonra bərabərlik qolunu vurub. Fransalı hücumçu aktivindəki qolların sayını 6-ya çatdıraraq, bombardirlər siyahısında vahid liderə çevrilib. İlk yarı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

İkinci hissə başlar-başlamaz “Neftçi” ikinci qolu vurub. Bu dəfə künc zərbəsindən sonra Kirilo Petrov fərqlənib. Lakin 56-cı dəqiqədə flaqmanın sabiq futbolçusu Ruslan Qurbanov penaltini dəqiq yerinə yetirərək, tarazlığı yenidən təmin edib. Oyunda son nöqtəni isə 80-ci dəqiqədə “qırmızı qaralar”ın daha bir fransalı hücumçusu Baqali Dabo qoyub.

Bu qələbə sayəsində xallarını 25-ə çatdıran “Qəbələ” 3-cü, 13 xala malik “Neftçi” isə 5-ci pillədə qalıb. Digər tərəfdən, “Qəbələ” “Neftçi” ilə Premyer Liqa görüşlərində qələbə sayında bərabərləşib. Artıq hər iki komandanın 15 qələbəsi var. Lakin son 4 qarşılaşmada meydan sahibi qalib gəlmişdisə, bu dəfə ənənə pozulub. “Neftçi” son 8 görüşdə cəmi 1 qələbə əldə edib.

19 noyabr (bazar)
17:00. “Neftçi” – “Qəbələ” – 2:3
Qollar: Emin Mahmudov, 19. Kirilo Petrov, 48 – Baqali Dabo, 21. Ruslan Qurbanov, 56-penalti ilə. Stiven Jozef-Monroz, 80
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Əli Hüseynov
“Bakcell Arena”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Ən çox oxunanalar