Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sərkisyanın hakimiyyəti Bakıya sərf edir”


"Prezidentlərin Paris görüşü hazırkı geosiyasi şəraitdə labüddür və müsbət hadisə olaraq qiymətləndirilməlidir"


Bu sözlər politoloq Arzu Nağıyevin Axar.az-a verdiyi açıqlamada yer alır.

 Politoloq deyib ki, ATƏT-in Minsk Qrupu tezliklə Fransada AzərbaycanErmənistan prezidentlərinin görüşünün keçirilməsində olduqca maraqlıdırlar:
 
“İndiyə qədər olan məsələlərdən müəyyən nəticələr çıxarmaqla artıq konkret addımların atılmasının vaxtı gəlib çatacaq. Ona görə də ATƏT-in Minsk Qrupu bu görüşün daha tez baş tutmasına çalışır. Bunun da öz səbəbləri var. Türkiyədə baş verən hadisələr Dağlıq Qarabağ münaqişəsinin həllinə birbaşa təsir edir. Rusiya-Türkiyə yaxınlaşması, Rusiyanın regiondakı rolunu artırmaq təşəbbüsü, Ermənistanla sərhədlərin açılması məsələsi, NATO-Türkiyə münasibətləri Dağlıq Qarabağ münaqişəsinin həllində rol oynaya biləcək amillərdəndir”.
 
Politoloq bildirib ki, hazırda Ermənistanda baş verən hadisələr Sərkisyanın öz  hakimiyyətini saxlamaq üçün atdığı müvafiq siyasi gedişlərdir:
 
“Bu gün Serj Sərkisyan hakimiyyətdən getsə, başqa biri ilə danışıqlara yenidən başlamalı olacağıq. Sərkisyan kimi zəif birinin Ermənistanda hakimiyyətdə qalması Azərbaycana sərf edir. Fransa görüşü nə qədər tez baş tutsa, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün o qədər müsbətə doğru addımlar atıla bilər. Paris görüşü hazırkı geosiyasi şəraitdə labüddür və müsbət hadisə olaraq qiymətləndirilməlidir. Bunu Qərb də, Rusiya və digər maraqlı dövlətlər də çox yaxşı başa düşürlər”.
 
Qeyd edək ki, ErmənistanAzərbaycan prezidentlərinin sonuncu görüşü iyunun 20-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilib. Növbəti görüşün isə avqustda Parisdə, daha sonra isə ABŞ-da baş tutacağı gözlənilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub

Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar