Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Soruşaram ki, qeyrətin var?”


Mərhum şair Nüsrət Kəsəmənlinin oğlu Rəşad Kəsəmənli qardaşı Araz Kəsmənlinin həbsi ilə bağlı sensasiyalı açıqlama verib.


PİA.Az bildirir ki, Qafqazinfo-ya açıqlamasında Rəşad Kəsəmənli qardaşının haqsız yerə həbs olunduğunu bildirib: 

 “Bütün faktlar əlimizdədir. Dostum, qardaşım Araz və məni toya getdiyimiz yerdə maşını saxladıb özlərini təqdim etmədən Arazı apardılar. Narkotikdən qardaşımın əl izi çıxmayıb, ömründə narkotikdan istifadə etməyib. Ekpertizanın rəyi var, Arazın qanı yoxlanılıb və narkotikdən istifadə etmədiyi təsdiqlənib. Nə ondan mal alan var, nə onun mal satdığı var. Ortada sübut yoxdur. Lakin Arazı “Külli miqdarda narkotika vasitəsini mənimsəmək” maddəsi ilə mühakimə edirlər”. 

Rəşad Kəsəmənli qardaşına prokurorun 10 il iş istəməsinə də münasibət bildirib:

“Hakim əməliyyatın rəisindən soruşur ki, bunu narkotika alan və satan yerdə görmüsən, narkotikada əl izi var? İttihamçı cavab verir ki, görməmişəm. Axır hakim əsəbləşdi ki, bəs nə əsasla onu ittiham edirsiniz. Belə haqsızlıq olmaz. Əməliyyatın rəisi yalandan deyir ki, Araz həbs ediləndə maşında tək olub. Əməliyyat qrupunda olan digər üç nəfər deyir ki, maşında üç nəfər olublar. Bəs biz orada olmamışıqsa, sənədlərin içində necə bizim izahatımız var? Qardaşımı kimin həbs etdirmək istədiyini bilmirik, heç nədən xəbərimiz yoxdur. Bilsək, gedib tutub soruşaram ki, qeyrətin, evində anan, bacın, balan var? Adam belə haqsızlıq etməz. Xahiş edirəm, media nümayəndələri məhkəməyə gəlsin, sübutlara baxsınlar. Görəcəklər ki, hər şey bizim lehimizədir. Məhkəmə prosesi aprelin 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində saat 12:30-da baş tutacaq”. 

Rəşad Kəsəmənli ANS-in“Adam içində” verilişinə dəvət olunsa da, daha sonra verilişdə onun iştirakına qadağa qoyulduğunu da vurğulayıb: “Məni proqrama dəvət etdilər və xahiş etdilər ki, bu Arazın işini ətraflı izah edim. Razılaşdım ki, gəlib faktlarla danışmaq istəyirəm. İndi isə zəng edib deyirlər ki, mövzu qalır, lakin siz gəlməyəcəksiniz., o mövzunu ağartmayaq. Bunları kim qorxutdu ki, mövzunu açmağa qoymadılar”.

Qeyd edək ki, Araz Kəsəmənli Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsinə əsasən ittiham olunur.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar