Şənbə, 19 İyun 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“Kod adı “sarsılmaz müdafiəçi”... - “NATO xəbərdarlıq edib ki, Rusiya...”

Qərblə Rusiya arasında artan gərginlik fonunda Böyük Britaniya iri miqyaslı hərbi təlimlər çərçivəsində NATO-nun digər doqquz üzvüylə birlikdə öz hərbi-dəniz gücünü nümayiş etdirir.

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin “Queen Elizabeth”(Kraliça Yelizaveta) aviadaşıyanı ABŞNATO-nun digər səkkiz gəmisi ilə birlikdə kod adı “Steadfast Defender”(Sarsılmaz müdafiəçı) olan təlimlərə başlayıb.

Bu təlim Portuqaliya sahillərində start götürüb və iyun ayının sonunda NATO quru qoşunlarının Qara dəniz regionundakı təlimləri ilə yekunlaşacaq. Belə bir nəhəng armadanın tərkibinə sualtı qayıqlar, esmineslər və freqatlar daxildir. Havadan dəstiyi isə Britaniyanın yeni və radarlara yaxalanmayan “F-35B Lightning”, Portuqalyianın “F-17 Fighting Falcon” və İspaniyanın “F-18 Hornet” qırıcıları təmin edəcəklər.

Təlimlərə həmçinin Amerika Birləşmiş Ştatlarının sualtı qayıqlar əleyhinə “Boeing P-8 Poseidon” və “Lockheed P-3Orion” təyyarələri də cəlb olunub.

Hərçənd ki, bu təlimlər Rusiyaya qarşı yönəlməyib, ancaq qeyd olunan qüvvələr son zamanlar Moskvann minlərlə hərbçi yığdığı Qara dəniz bölgəsinə toplanırlar.

Böyük Britaniyanın aviadaşıyan zərbə qrupunun komandiri Stiv Murxaus bildirib: ”Bu bizim qlobal hərbi-dəniz gücümüzü göstərir və biz öz əvvəlki mövqeyimizə qayıtmaq istəyirik”.

Hazırkı təlimlərlə bağlı NATO-nun baş katibi Yens Stoltenberq deyib: ”NATO hazırdır. NATO bütün müttəfiqlərini müdafiə edir, bu təlimlər isə bizim Atlantikadan və Avropadan böyük sayda qoşun birləşmələri və döyüş texnikasını bir yerdən digərinə daşımaq qabiliyyətimizi və həm də hərbi-dəniz gücümüzün nəyə qadir olduğunu əyani göstərir”

NATO xəbərdarlıq edib ki, Rusiya sualtı qayıqları Atlantik okeanının dibi ilə gedən kabellərin marşrut istiqamətində daha çox hərəkət edirlər. Bu kabellər vasitəsilə ABŞAvropa arasında rabitə və kommersiya məlumatlarının ötürülməsi həyata keçirilir.

ABŞ-ın İngiltərənin şərqində yerləşən Norfolkdakı hərbi bazasnın komandiri vitse-admiral Endryu Lyuis xəbardarlıq edərək bildirib ki, Moskvanın daha qorxunc niyyəti ola bilər: ”Bizim hamımız özümüzü belə bir fikirlə uyutduq ki, Atlantika sakit regiondur, orada pis heç nə olmur və biz sakitcə buradan sərbəst dəniz magistralı kimi istifadə edə bilərik. Amma okean dibindəki kabel xəttinin xəritəsini çıxaran ölkələr var. Ola bilər ki, onlar hansısa pis əməllərlə məşğuldurlar. Biz bu barədə bilməli və buna qarşı lazımi reaksiya verməliyik”

B.Britaniyanın xarici işlər naziri Dominik Raab Rusiyanın Ukraynaya qarşı aqressiv davranışlarını qınayaraq, öz ölkəsinin “Transatlantik alyans”a dəstək olacağı vədini verib. Dominik Raab “The Telegraph” saytına verdiyi müsahibəsində deyib: “Britaniya NATO-nun möhkəmləndirilməsinə böyük töhvə verdiyi üçün bizim Transatlantik alyansına göstərəcəyimiz dəstək sarsılmazdır. Biz müttəfiqlərimizin müdafiəsi və böyük hörmətlə yanaşdığımız dəyərlər naminə alyans üzvlərilə və həm də əməkdaşlıq etdiyimiz digər ölkələrlə sıx işləyəcəyik.”

İndiki hərbi dəniz təlimləri ABŞ Prezidenti Co Bayden ilə Rusiya Prezidenti Vladimir Putin arasında iyun ayında keçirilməsi planlaşdırılan görüş ərəfəsində baş tutur. Həmin sammit ABŞ prezidenti Co Baydenin NATO müttəfiqləri və Avropa Birliyi təmsilçilərilə görüşündən sonra İsveçrədə keçiriləcək. Məlumatlı mənbələrin bildirdiyinə görə, Cenevrədəki sammitdə hər hansı əsaslı yekun razılaşma əldə olunacağı gözlənilmir.

Bu ilin əvvəlində Putinə sammit keçirilməsini təklif edən Co Bayden xarici siyasətdə şəxsi münasibətlərin necə mühüm rol oynamsını xüsusi vurğulamışdı.

“Express.co.uk”- Böyük Britaniya

Tərcümə: “AzPolitika.info”

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Səməd Seyidovdan oğlunun toy xəbəri ilə bağlı açıqlama

“Heç bir “Zəngəzur dəhlizi” olmayacaq” - Paşinyan

Van Damın azərbaycanlı qudası polkovnik Hacızadədir

Bayden-Putin görüşündə Qarabağ müzakirəsi niyə gizlədilir? – Maksim Şevçenko açıqladı - Video

Ərdoğan Azərbaycanda hərbi baza yaradılacaqından danışdı... - Gözləntilər nə zaman reallaşacaq?

Elmar Vəliyevlə bağlı yeni iddialar... - "Anlaqsız olmasını səbəb gətirməsi..."

Dolları çölə səpən idmançımız millidən qovuldu - Video

Düşmənimiz Ara Abramyanın Azərbaycandakı əlaltları bu günə qədər niyə məsuliyyətə cəlb olunmur?

Nazilə Səfərli Xoşqədəm Hidayətqızının şikayəti ilə saxlanıldı

Milyardlarla dollar Azərbaycandan necə çıxarılır?

"Rusiya müharibədə bizə Xəzərdəki HHM sistemlərilə kömək edirdi" - Ermənistanın sabiq baş naziri

Ən çox oxunanalar