İspaniyanın Sitjes şəhərində qadınlar arasında keçirilən şahmat üzrə dünya çempionatı start götürəcək.
Azərbaycan yığması bu gün iki görüş keçirəcək. Komandamız əvvəlcə Hindistan, daha sonra isə Ermənistanla üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan yığması Rusiya, Hindistan, İspaniya və Fransa ilə eyni qrupda yer alır. Ən yaxşı 4 komanda 1/4 finala yüksələcək.
Komandamızın heyətində Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyə Fətəliyeva, Zeynəb və Türkan Məmmədyarova mübarizə aparır.
pia.az