Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Niyə millidən getmək barədə düşünməliyəm" - Ronaldo

“Mançester Yunayted”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo milli komandadakı karyerasını nə vaxt bitirəcəyi haqda sualı cavablandırıb.

Qol.az xəbər verir ki, 36 yaşlı futbolçu “Sky Sports”a açıqlamasında deyib: "Klub karyeramı uzatmaq üçün millidən getmək barədə düşünürəm? Niyə bu barədə düşünməliyəm? Bunun üçün vaxt yetişməyib. Bu məsələdə insanların nə istədiyi önəmli deyil, əsas mənim nə istədiyimdir. Yalnız qaça bilməyəcəyimi, driblinq edə bilməyəcəyimi, qapıya zərbə vurmağa gücüm qalmayacağını hiss edəndə... Amma bütün bunlar hələ məndə var. Buna görə də davam etmək istəyirəm.

Motivasiya ən vacib şeydir. Ətrafınızdakılara - ailənizə, pərəstişkarlarınıza və özünüzə müsbət emosiyalar verərək işinizi görməlisiniz. Mən sadəcə böyümək istəyirəm.

Siz Portuqaliya millisindən danışırsınız, amma Çempionlar Liqasında ən çox qol vuran, ən çox qələbə qazanan, məhsuldar ötürmələri olan mənəm. Bu qədər. Amma davam etmək istəyirəm. Mən futbol oynamağı xoşlayıram. İnsanları sevindirmək xoşdur”.

Qeyd edək ki, 2003-cü ildən Portuqaliya millisində çıxış edən Ronaldo 182 oyuna 115 qol vurub. O, millidəki qol sayına görə dünya rekordçusudur.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar