Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zəngəzur dəhlizi olacaq - Putin anonsun verib...

Azərbaycan, ErmənistanRusiya liderlərinin bugünkü Soçi danışıqlarında Cənubi Qafqazda bütün kommunikasiya xətlərinin açılması barədə razılığa gəlinib. Konkret qərarlar isə gələn həftə elan olunacaq.

PİA.az xəbər verir ki, bu barədə görüşdən sonra Rusiya Prezidenti Vladimir Putin məlumat verib.

"Nəhayət, üçüncü məsələ ondan ibarətdir ki, biz iqtisadi xarakterli məsələlər, iqtisadi əlaqələrin inkişafı barədə çox ətraflı söhbət etdik, birinci addım kimi nəqliyyat dəhlizlərinin açılması barədə danışdıq, bu, həm dəmir yoluna, həm də avtomobil yollarına aiddir. Düşünürəm ki, biz artıq xeyli müddət ərzində bu məsələ üzərində işləyən baş nazirlərimizin müavinlərinə təşəkkür etməliyik. Gələn həftə, - bu, bizim növbəti razılaşmadır, - onlar müəyyən yekunlar vurmaq və bu gün razılaşdırdığımız və qəbul etdiyimiz qərarları elan etmək üçün Moskvada toplaşacaqlar. Bugünkü işə görə bir daha çox sağ olun. Həm Azərbaycan Prezidentinə, həm də Ermənistanın baş nazirinə təşəkkürlərimi bildirmək istəyirəm", - Putin danışıqlardan sonra bəyan edib.

Kommunikasiyaların açılması dedikdə, bizim üçün bu kontekstdə ən vacib məsələ Zəngəzur dəhlizinin - Naxçıvana dəmiryolu və avtomobil yolunun açılmasıdır. Belə görünür ki, AzərbaycanErmənistan liderləri bu barədə prinsipial razılıq əldə ediblər. Qalır texniki xarakterli detalları müzakirə edərək razılaşdırmaq. Gələn həftə baş nazir müavinlərinin İşçi Qrupunda bu məsələlər barədə də razılıq əldə etdikdən sonra qərar elan olunacaq. 

Beləliklə, əminliklə demək olar ki, Zəngəzur dəhlizi artıq reallıqdır.    

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ən çox oxunanalar