Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İYİ və CHP partiyalarından İlham Əliyevə şikayətnamə: “O konsula tapşırın ki, belə səhvlər etməsin”

Azərbaycanın Qarsdakı konsulu Nuri Quliyev Qars sakinləri arasında siyasi düşüncə ayrıseçkiliyi edərək, vətəndaşların bir bölümünün Azərbaycan sevgisinə kölgə salmağa çalışır”.

Ovqat.com xəbər verir ki, İYİ və CHP partiyalarının Qars vilayət təşkilatlarının bu gün keçirdikləri ortaq mətbuat konfransında bu fikirlər səsləndirilib.

İYİ Partiyanın İl Başkanlığının yetkilisi Yüksel Akbabanın facebook səhifəsində paylaşdığı bəyanatda Azərbaycan Prezidentindən xahiş olunur ki, Nuri Quliyevə öz fəaliyyətində ayrıseçkiliyə yol verməməsi barədə xəbərdarlıq edilsin.



Qeyd edək ki, Türkiyənin parlament partiyalarını qəzəbləndirən Nuri Quliyevin onları konsulluq tərəfindən keçirilən heç bir tədbirə çağırmamasıdır. Sonuncu dəfə dünən "20 Yanvar" hadisəsi ilə əlaqədar keçirilən tədbirə yenə AKP-dən başqa digər partiyalar dəvət olunmayıb, bu da İYİ və CHP təmsilçilərinin etirazına səbəb olub. Görünür, Qarsdakı konsulluğumuzun ağlı Azərbaycana getdiyindən İYİ və CHP-ni rəsmi tədbirlərə çağırmağın düşər-düşməzi olduğuna inanır.

Karsdakı konsulumuz Nuri Quliyev Vasif Talıbov iməcliklərini Türkiyəyə daşıyan diplomat kimliyi ilə ün qazanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar