Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat: “Ermənistan yenidən müharibəyə hazırlaşır”

Ermənistan baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasında çıxış etdi və Azərbaycanla bağlı ittihamlar səsləndirdi...

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib ki,  Nikol Paşinyanın BMT Baş Assambleyasındakı çıxışı bir daha təsdiq etdi ki, Ermənistan sülh istəmir və havadarlarının dəstəyinə arxalanaraq yenidən müharibəyə hazırlaşır: “Çıxışın detallarına diqqət etdikdə isə, əsil erməni üslubunda yazılmış, reallıqdan uzaq, başdan ayağa yalan, şər-böhtandan ibarət söz yığnağından başqa bir şey deyildi. Nikolun Prezident İlham Əliyevə müraciətində xəritə ilə bağlı səsləndirdiyi fikirlər acı gülüş doğurur. Baxmayaraq ki, cənab Prezident dəfələrlə bəyan etmişdir ki, bütün xəritələr bizdə var və sülhün əldə olunması üçün delimitasiya işlərinə dərhal başlamaq lazımdır. Fikir verin, Moskvada, Brüsseldə, Soçidə Vladimir Putinin, Şarl Mişelin vasitəçiliyi ilə, dəfələrlə görüş keçirilmiş, delimitasiya, demarkasiya üzrə komissiyalar yaradılmışdır. Lakin, hər bir görüşdən sonra, razılaşmalar əldə olunmasına rəğmən, Ermənistanın baş naziri müxtəlif bəhanələrlə fikrini dəyişmişdir. Bu da Nikol Paşinyanın qeyri-ciddi, tutduğu vəzifə ilə uzlaşmayan primitiv bir adam olduğunu göstərir. Əfsuslar olsun ki, Ermənistan müharibədəki məğlubiyyətdən, ümumiyyətlə, baş verən hadisələrdən düzgün nəticə çıxarmır, ənənələrinə sadiq qalaraq, müxtəlif güclərin əlində,, maşa,, rolunu oynamaqda davam edir. Hər kəsə bəllidir ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Paşinyanın səsləndirdiyi ittihamlar böhtan xarakteri daşıyır və regiona dayanıqlı sülhün gəlməsini əngəlləyir”.

pia.az


Etiket: Ermənistan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar