Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ müharibə başlayandan bəri Ukraynaya 23 milyard büdcə yardımı edib

Amerika Birləşmiş Ştatları 2022-ci ilin fevral ayının sonundan bəri Ukraynaya büdcə yardımı üçün ümumilikdə 23 milyard dollar ayırıb...

Poliqon xəbər verir ki, bunu Ukraynanın maliyyə naziri Sergey Marçenko deyib.

Nazir ayrılan vəsaitin Ukraynanın maliyyə sisteminin sabitliyini qorumağa imkan verdiyini vurğulayıb və ABŞ-ın töhfəsini yüksək qiymətləndirib. O, Vaşinqtonun Ukraynaya yardımını davam etdirəcəyinə ümid etdiyini bildirib.

“Biz gözləyirik ki, Birləşmiş Ştatlar Konqresinin Ukraynaya 2024-cü il üçün yardım paketini təsdiq etmək üçün ən qısa zamanda müvafiq qərar qəbul edəcək”, deyə nazir Vaşinqtonda ABŞ maliyyə nazirinin müavini Cey Şambo ilə görüşündə deyib.

Sergey Marçenko qeyd edib ki, bu il Ukraynanın 37,2 milyard dollar xarici maliyyəyə ehtiyacı var ki, bunun da 10,2 milyard dolları artıq alınıb.

2024-cü ildə gözlənilən 43,9 milyard dollarlıq büdcə kəsirini ödəmək üçün Ukrayna Qərb tərəfdaşlarının köməyinə böyük ümid bəsləyir. Ukraynanın maliyyə naziri bildirib ki, bu dəstək olmadan ölkə iqtisadi böhranla üzləşər. O, həmçinin etiraf edib ki, 2023-cü ildə Qərbin aldığı maliyyə yardımının yalnız dörddə biri əvəzsiz verilib.

Qeyd edək ki, hazırda ABŞ Konqresində 2023-cü ilin oktyabrından Ukraynaya vəsait ayrılmasına dair qanun layihəsi müzakirə olunur. Fevralın 13-də Senat Ukrayna, İsrail və Tayvana 95 milyard dollardan çox yardımın ayrılmasını nəzərdə tutan qanun layihəsini dəstəkləyib (bunun 60 milyard dollarından çoxu Kiyevə ayrılacaq). Bu gün ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, bu həftə Ukrayna, İsrail və Tayvana yardım üçün ayrı-ayrı qanun layihələrini səsverməyə çıxarmağı planlaşdırır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Banklar geri çəkilir, Çin şirkətləri Rusiya ödənişlərində "yeraltına" köçür...

İntim videolar çəkən FHN polkovniki yenidən hakim qarşısında

Tanınmış teleaparıcı Aytən Səfərova evə buraxılıb    

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, açarlar təqdim olunub - Yenilənib    

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə iki yeni müavin təyin edilib    

Ən çox oxunanalar