Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Litvinenko: Sülh üçün ərazilərin Rusiyaya verilməsi Ukraynaya qarşı qəddar xəyanət olar...

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDŞ) yeni katibi Aleksandr Litvinenko bildirib ki, Moskva ilə razılaşmaq üçün ərazilərin Rusiyaya verilməsi ölkəyə qarşı qəddar xəyanət olar...

Poliqon xəbər verir ki, Litvinenko bu barədə İngiltərənin The Economist qəzetinə müsahibəsində danışıb.

Onun fikrincə, sülh müqabilində ərazilərin Rusiyaya verilməsi ukraynalılara qarşı qəddar xəyanətdir və buna getmək olmaz.

Litvinenko əlavə edib ki, Rusiya ilə müqavilə bağlanarsa, Moskva iki-üç ildən sonra yenidən toplanacaq, silahlanacaq və daha çox şey əldə etməyə çalışacaq: "Növbəti dəfə səhv etməyəcək, hərbi sənətin bütün qanunlarına uyğun olaraq əməliyyatını daha diqqətlə hazırlayacaq".

Katib Qərb siyasətçilərinə (ən çox da Donald Trampa-red.) Ukraynanın ərazilərindən imtina etməsini tələb edən vaxtından əvvəl sülh sazişini irəli sürməyi düşünənlərə xəbərdarlıq edib: "Putin yalan danışıb, yalan danışır və yalan danışmağa davam edəcək".

Litvinenko bildirib ki, Rusiya Ukraynanın mübarizə aparacağı gözlənilmirdi. Rus əsgərləri işğaldan bir neçə gün sonra Kiyevdə parad keçirməli idi: "Putinin məqsədi Qərbə baş vermiş hadisəni təqdim etmək idi. O demək istəyirdi: Ukrayna bitdi, uşaqlar, indi mənim şərtlərimlə danışaq. Ukraynanın qəhrəmanlığı bu planı alt-üst etdi. Bu da danışıqları kökündən dəyişdi. İndi Qərb üzərində qələbə o zaman baş verə bilər ki, Putin əvvəlcə Ukraynada qələbə qazansın. Rusların fikrincə, Ukraynada qələbə ABŞ üzərində qələbə deməkdir".

Qeyd edək ki, martın sonunda Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Aleksey Danilovu tutduğu vəzifədən azad edib. Ukrayna liderinin ofisinin saytında dərc olunan sərəncama əsasən, onun yerinə ölkənin Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Aleksandr Litvinenko təyin edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Banklar geri çəkilir, Çin şirkətləri Rusiya ödənişlərində "yeraltına" köçür...

İntim videolar çəkən FHN polkovniki yenidən hakim qarşısında

Tanınmış teleaparıcı Aytən Səfərova evə buraxılıb    

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, açarlar təqdim olunub - Yenilənib    

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə iki yeni müavin təyin edilib    

Ən çox oxunanalar