Bazar ertəsi, 29 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Borrell: Aİ hələ ki, SEPAH-ı terror təşkilatı kimi tanıya bilməz...

Avropa Komissiyasının rəhbəri bildirib ki, Aİ son hadisələrlə əlaqədar İrana qarşı sanksiyaların genişləndirilməsini nəzərdən keçirəcək...

Avropa İttifaqının hələ ki, İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına əlavə etmək imkanı yoxdur.

Poliqon xəbər verir ki, bunu Fransanın “Monde” qəzetinə müsahibəsində Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosep Borrel deyib.

“Biz dəfələrlə “İnqilabın keşikçiləri”nin terror təşkilatları siyahısına daxil edilməsini müzakirə etmişik, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp da edi. Lakin bu, Aİ üzvü olan dövlətin məhkəmə orqanının bu təşkilatın terror aktı törətdiyini sübut etməsini tələb edir. Hazırda bu, belə deyil”, deyə Borrel bildirib.

Tehrana qarşı yeni sanksiyalardan danışan Aİ diplomatiyasının rəhbəri bildirib ki, bunun üçün ilk növbədə “sanksiya edilə bilən obyektlər” lazımdır.

Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirmişdi ki, Aİ son hadisələrlə əlaqədar İrana qarşı sanksiyaların genişləndirilməsini nəzərdən keçirəcək.

Xatırladaq ki, İran Silahlı Qüvvələrinin elit bölməsi İslam İnqilabı Keşikçiləri Korpusu aprelin 14-nə keçən gecə İsrail təyyarələri tərəfindən İranın Suriyadakı konsulluğunun ayın əvvəlində məhv edilməsinə cavab olaraq İsrailə zərbələr endirib.

Polion.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Banklar geri çəkilir, Çin şirkətləri Rusiya ödənişlərində "yeraltına" köçür...

İntim videolar çəkən FHN polkovniki yenidən hakim qarşısında

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə iki yeni müavin təyin edilib    

Tanınmış teleaparıcı Aytən Səfərova evə buraxılıb    

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, açarlar təqdim olunub - Yenilənib    

Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - Foto

Ən çox oxunanalar