Bazar ertəsi, 29 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ANAMA azad edilmiş ərazilərə köçürüləcək fermerlər üçün təlimlərə başlayıb

İşğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara köç edəcək 4500 nəfərdən çox fermerə Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə təlimləri keçirilir...

Bu barədə Poliqon-a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Qeyd edilib ki, ANAMA və Beynəlxalq Avrasiya Mətbuat Fondunun müvafiq əməkdaşları tərəfindən keçirilən təlimlər Kənd Təsərrüfatı Nazirliyinin müraciətinə əsasən Yevlax rayonu, Sumqayıt və Gəncə şəhərlərində aparılır.

Təlimlərdə iştirakçılara şübhəli ərazilərin əlamətləri, təhlükəli ərazilərdə davranış qaydaları, xəbərdarlıq nişanları barədə məlumatlar verilir. Həmçinin, fermerlərə təhlükəsizlik qaydalarına riayət etməklə bağlı daha nizam-intizamlı, məsuliyyətli və sayıq olmağa dair çağırışlar edilir, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamağa və şübhəli əşyalara toxunmamağa dair təlimatlar verilir.

İşğaldan azad edilmiş ərazilərə səfər edən, bərpa və quruculuq işlərinə cəlb olunan, həmçinin sahibkarlıqla məşğul olan hər bir şəxs, mütləq şəkildə xüsusi davranış və təhlükəsizlik qaydalarına əməl etməlidir.

Poliqon.info

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Banklar geri çəkilir, Çin şirkətləri Rusiya ödənişlərində "yeraltına" köçür...

İntim videolar çəkən FHN polkovniki yenidən hakim qarşısında

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə iki yeni müavin təyin edilib    

Tanınmış teleaparıcı Aytən Səfərova evə buraxılıb    

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, açarlar təqdim olunub - Yenilənib    

Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - Foto

Ən çox oxunanalar