Rusiyanın Qərbdə dondurulmuş aktivləri müsadirə olunarsa, Ukrayna bütün məbləği dərhal ala bilməyəcək...
Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi ABŞ Maliyyə Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb. Xəbərdə qeyd edilir ki, hazırda müttəfiqlər Ukraynaya vəsait göndərmək üçün müxtəlif variantları müzakirə edirlər, lakin onların hamısının bir neçə mərhələsi var.
Reuters-in mənbələrinin fikrincə, ən perspektivli təşəbbüslərdən biri G7 ölkələrinin dondurulmuş aktivlər üzrə faizlərdən Ukraynaya yardım məqsədilə verilmiş kreditlər və ya istiqrazlar üçün girov kimi istifadə etməsidir.
Reuters qeyd edir ki, bu həftə Ukraynanın maliyyə naziri Sergey Marçenko Almaniyanın maliyyə naziri Kristian Lindner və G7-nin digər nümayəndələri ilə görüşərək Rusiyanın dondurulmuş aktivlərindən istifadə variantlarını müzakirə edəcək. Aprelin 17-də G7-nin maliyyə nazirləri digər məsələlərlə yanaşı, təşəbbüsün necə həyata keçiriləcəyini və Rusiyanın vurduğu zərərin ödənilməsini təmin etməyi müzakirə edəcəklər.
Poliqon.info