İsrail ordusu İranın son hücumuna necə cavab verəcəkləri barədə artıq qərar verib...
Poliqon xəbər verir ki, bu barədə yerli The Jerusalem Post qəzeti adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.
Məlumatda qeyd olunur ki, İsrail rəhbərliyi İranın hərəkətlərinə reaksiya ilə bağlı artıq qərar verib. Söhbət yəhudi dövlətinin İslam Respublikası və onun müttəfiqlərinə hansı zərbə vuracağından gedir.
Lakin mənbənin sözlərinə görə, cavab zərbəsinin vaxtı hələ müəyyən edilməyib.
“Vaxt hələ də müəyyənləşdirilməyib və tələb olunan bütün kompleks hazırlıqlara görə hazırkı qərar dəyişə bilər”, deyə mənbələr nəşrə bildiriblər.
Poliqon.info