Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xameneinin haramdır dediyi nüvə silahı: İran atom bombası yaratmağa nə qədər yaxındır?

Nüvə silahları bir vaxtlar İranın ali lideri tərəfindən İslama zidd hesab olunurdu. Lakin 1990-cı illərdən bəri çox şey dəyişib və Ayətullah Əli Xamenei hələ də rejimə rəhbərlik etsə də, nüvə silahları artıq tabu deyil...

 

 

Poliqon "The Telegraph"a istinadən xəbər verir ki, Tehran nüvə proqramından silah kimi istifadə etmək fikrində olmadığını israr edir və bunun yalnız mülki məqsədlər üçün olduğunu deyir. Həmçinin, ABŞ kəşfiyyatının son qiymətləndirməsinə görə, İran hazırda yoxlanıla bilən nüvə qurğusu istehsal etmək üçün zəruri olan əsas nüvə silahı inkişaf etdirmə fəaliyyətləri ilə məşğul deyil.

İran yüksək zənginləşdirilmiş uranın istehsalını artırır, lakin bu, atom bombası üçün lazım olan silah səviyyəsinə çatmır. 2019-cu ilin fevral ayından etibarən İran zənginləşdirilmiş uranın miqdarını 997 kq-dan 5525 kq-a çatdırıb. Bura son bir ildə 60 faizə qədər zənginləşdirilmiş və ya silah dərəcəsinə yaxın olan uranın 88 kq-dan 123 kq-a yüksəldilməsi daxildir.

Silahlara Nəzarət Assosiasiyasının Nüvə Silahlarının Yayılmaması Siyasəti üzrə direktoru Kelsi Davenport qeyd edir ki, İran indi öz tarixinin istənilən vaxtından daha sürətli bomba yarada bilər.

"Əgər Tehran nüvə arsenalının yaradılması ilə bağlı siyasi qərar qəbul edərsə, o, bir həftədən az müddətdə partlayıcı qurğu üçün kifayət qədər silah dərəcəli uranı, bir ayda isə 5-6 vahid üçün kifayət qədər istehsal edə bilər. Bomba hazırlamaq daha uzun çəkəcək- yəqin ki, altı aydan bir ilə qədər. Lakin bu proses gizli elan edilməmiş obyektlərdə baş verəcək ki, bu da aşkarlanması və məhv edilməsini çətinləşdirəcək", deyə Davenport qeyd edib.

Bu böhranın kökləri İranın nüvə sazişinin (JCPOA) iflasındadır. 2015-ci ildə imzalanmış sazişə əsasən, İran bir bomba hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş uran ehtiyatı saxlaya bilməyəcəyini təmin edən ciddi məhdudiyyətlərə razılaşdı. Lakin 2018-ci ildə o vaxtkı ABŞ prezidenti Donald Tramp ABŞ-ı sazişdən çıxarıb və Vaşinqtonun Tehrana qarşı sanksiyalarını təzələyib. Co Baydenin prezidentliyinin başlanğıcında sazişi canlandırmaq cəhdləri İranın müqaviməti və ABŞ-da siyasi iradənin olmaması səbəbindən uğursuzluğa düçar olub.

ABŞ-ın geri çəkilməsindən sonra Tehran sazişin bir hissəsini ləğv etmək hüququnu bəyan edib. 2021-ci ilin fevral ayından BMT müfəttişlərinin nüvə proqramının bəzi mühüm obyektlərinə, o cümlədən sentrifuqa istehsalı obyektlərinə çıxışı olmayıb.

"Nəticə odur ki, İranın nüvə proqramı ABŞ-ın sazişdən çıxmasından sonra tarixinin istənilən vaxtında olduğundan daha az beynəlxalq nəzarət altında olduqca dramatik şəkildə irəliləyib", deyə ekspertlər qeyd edirlər.

Tehran hesab edir ki, o, faktiki bomba yaratmaqdansa, sanksiyaların aradan qaldırılması və gələcək danışıqlar baxımından bomba təhlükəsi barədə siqnal verməklə daha çox qazana bilər. "The Telegraph" yazır ki, əgər İsrail cavab addımı atsa, Tehran bombanın öz təhlükəsizliyi üçün lazım olduğuna qərar verə bilər.

Eyni zamanda, Rusiya bundan sonra əvvəlki saziş üzrə danışıqlarda oynadığı rolu oynamayacaq.

"Rusiya və Çin də daxil olmaqla vahid beynəlxalq koalisiyanın İrana nüvə məsələsində təzyiq etmək üçün bir araya gəlməsi perspektivi indiki mərhələdə demək olar ki, mövcud deyil", deyə analitiklər bildirib.

Onsuz da gözlənilməz olan vəziyyəti İranın ali liderinin yaşı mürəkkəbləşdirir. 84 yaşlı Əli Xamneyi vəfat etdikdə onun siyasəti daha sərt xəttli varisi ilə əvəz oluna bilər.

"Ola bilər ki, sərt xətt tərəfdarları bizimlə hər hansı bir sövdələşmədən narahat olmadan hakimiyyətin cilovunu tam ələ keçirə və nüvə proqramını inkişaf etdirə bilsinlər", deyə ekspertlər hesab edir.

Poliqon.info

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Ən çox oxunanalar