Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

32 yaşlı müəllimə ilə evlənən gənc danışıb


32 yaşı müəllimə ilə evlənən gənc: 'Erməni döyüb, Azərbaycan bayrağını qaldıranda heç bu qədər məni məşhur etməmişdilər '


Ötən gün Biləcəri qəsəbəsində yerləşən 301 saylı orta məktəbin 32 yaşlı ingilis dili müəlliməsi Əminə Məmmədzadənin şagirdi Cəlil bəylə ailə həyatı qurması xəbəri böyük rezonans doğurub.

Sosial şəbəkələrdə müzakirə olunan Əminə-Cəlil cütlüyünün bu addımı maraqla qarşılansa da, onları qınayanlar da olub, tərəflərini saxlayıb, dəstək olanlar da... 

Cəlil bəy bütün bu söz-söhbətlərə BiG.AZ-a verdiyi özəl açıqlaması zamanı son qoyub. Cəlil bəy açıqlamasında bildirib ki, bütün bu xəbərlərin yayılmasında, məsələnin bu qədər qabardılmasında əsas səbəbkar onun qaynanası olub:

"Qaynanamın psixoloji problemləri var. O razı deyildi ki, biz evlənək. Bu söhbətləri də o yayıb. Biz bir-birimizi sevirik və xoşbəxtik. Əminə mənim müəlliməm olmayıb. Sadəcə mən məktəb tərəfdə qalıram, onu gördüm xoşuma gəldi. İlk sevgi etirafını özüm etmişəm. Boş-boş danışanları da məhkəməyə verəcəyəm. Heç kim bilib-bilmədən danışmasın, ayıbdır. Biz seçim etmişik xoşbəxtik. Kim ki, deyir mənim 18 yaşım var qələt edir. Mənim 23 yaşım var. Biz heç kimin şəxsi həyatına müdaxilə etməmişik, seçimimizi etmişik və ayıb iş də görməmişik. Mən öz sevgimi qızın atasına və anasına sübut etdim. Sevginin yaşı olmur. Mən vaxtilə qaydasız döyüşlə məşğul olmuşam. Erməni döyüb, Azərbaycan bayrağını qaldıranda heç bu qədər məni məşhur etməmişdilər. Mənim başımda travma var. Əsəbiyəm".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar