Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

9 nəfəri xəstəxanalıq edən polis işdən çıxarıldı



Ötən ay Bakıda ağır qəza törətmiş yol polisi əməkdaşı barədə yeni məlumatlar var


Aznews.az xəbər verir ki, 9 nəfərin xəsarət aldığı qəzanı 10 YP 442 nömrəli yol polisi avtomobilini idarə edən Zaur Rzayev adlı polis əməkdaşı törədib. Aidiyyəti qurumlar məsələni araşdırdıqdan sonra, qəza törədən yol polisi əməkdaşının günahı tam sübuta yetirilib və o vəzifəsindən azad olunub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov sayta açıqlamasında deyib ki, qəza törədən yol polisi əməkdaşının işdən çıxarılması təbiidir: 

“Konkret olaraq əgər deyirlər ki, Zaur Rzayev işdən çıxarılıb, deməli, o, hər hansı bir nöqsana yol verib. Yol nəqliyyat hadisəsi törətməyin özü nöqsandır. Ancaq bu faktı yenə dəqiqləşdirmək lazımdır. Məzuniyyətdə olduğuma görə, heç nə deyə bilmərəm, dəqiq informasiyam yoxdur. Ancaq əmin ola bilərsiniz ki, hər bir polis əməkdaşı hər hansı bir nöqsana yol verirsə, dərhal xidməti araşdırılma aparılır və ona fəaliyyətilə bağlı qiymət verilir və mütləq cəzalandırılır. Cəzası da hətta, işdən azad olunmaya qədər olur. Biz hər halda hərbiləşdirilmiş bir sistemlə fəaliyyət göstəririk. Sözsüz, kim fəaliyyətində nöqsana yol verirsə, yol verdiyi nöqsana uyğun cəzalandırılır”.

Qeyd edək ki, hadisə noyabr ayının 7-də səhərə yaxın Bakının mərkəzində, Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

10 YP 442 dövlət nömrə nişanlı yol polisi maşını motosikleti qovarkən içi sərnişinlə dolu “Ford” avtomobilinə dəymişdi.

Zərbənin təsirindən “Ford” səkiyə çırpılmış, sərnişinlərdən 7 nəfəri yaralanmışdı.

O vaxt Dövlət Yol Polisi əməkdaşlarının da xəsarət aldığı deyilir və bütün yaralıların təcili olaraq xəstəxanaya aparıldığı bildirilirdi.

Maraqlıdır ki, Vaqif Əsədov onda da məzuniyyətdə olduğunu demiş və hadisə barədə konkret məlumat verməmişdi.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ən çox oxunanalar