Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AB komissarı Azərbaycanın Avropa üçün əhəmiyyətindən danışdı


Avropa Birliyinin (AB) enerji təhlükəsizliyi üzrə komissarı Günter Ottinger Azərbaycan, Norveç və Əlcəzairi gələcəkdə Avropanın qaz bazarında daha böyük rol oynaya biləcək ölkələr adlandırıb.


“Welt am Sonntag” nəşrinə müsahibəsində G.Ottinger həmçinin Avropa Birliyi ölkələrini Rusiya ilə enerji sahəsində əməkdaşlığını azaltmaqdan çəkindirib, bununla belə enerji daşıyıcılarının diversifikasiyası yollarını axtarmağa çağırıb.

Avropa Birliyinin komissarı qeyd edib ki, Avropa Ukraynaya qaza görə yığılmış borcu Rusiyaya qaytarmaq üçün kömək etməlidir. Əks halda Rusiya ilə Qərb arasında yeni qaz müharibəsi başlaya bilər.

“Hazırda mümkün qaz böhranından qaçılmalıdır və qış ayları üçün enerji təhlükəsizliyini təmin etmək lazımdır. Biz Ukraynaya 2 milyard dollar borcu ödəmək üçün kömək etməsək, Rusiya bu ölkəyə daha qaz nəql etməyəcək”, - deyə o vurğulayıb.

Ukraynanın önəmli tranzit ölkəsi olduğunu xatırladan G.Ottinger Almaniyaya da toxuna biləcək çətin nəzarət oluna biləcək prosesin başlayacağını istisna etməyib.(Apa)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Ən çox oxunanalar