Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abid Şərifovun səlahiyyətləri artırılır


Azərbaycanda 2015-2024-cü illəri əhatə edəcək milli strategiya hazırlanıb


“Digesta” hüquq firmasının direktoru, ekspert Ərşad Hüseynov  açıqlamasında bildirib ki, yol hərəkəti təhlükəsizliyi ilə bağlı milli strategiya və proqramın layihəsi 2014-cü ilin payızında hazırlanıb: 

“Bu il ərzində strategiya və proqramın prezident sərəncamı ilə təsdiqlənməsi gözlənilir.

Milli strategiyada Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin daha yüksək səviyyəyə qaldırılması nəzərdə tutulub.

Yol infrastruklturunun yaxşılaşdırılması, sürücülərin maarifləndirilməsi, sərxoşluqla mübarizə, yol hərəkəti təhlükəsizliyinə nəzarətin təkmilləşdirilməsi bu strategiyada öz əksini tapacaq. Proqramda nəzərədə tutulan məqsədlərdən biri 10 ildən sonra yol qəzalarında ölənlərin və xəsarət alanların sayını 30% azaltmaqdır. Bu o deməkdir ki, Azərbaycanda il ərzində təxminən 100 min nəfərə 12 adam yol qəzasında ölür. Bu proqramla həmin rəqəmi 8 nəfərə qədər aşağı salmaq nəzərdə tutulur”.

Ekspert qeyd edib ki, yol hərəkəti qaydaları ibtidai siniflərdən başlayaraq tədris olunacaq: “Yol hərəkətinə nəzarətdə texniki vasitələrin artırılması nəzərdə tutulur. Yollarımızın hər yerində radarlar olacaq, kameraların sayı artırılacaq. Maarifləndirmə ilə bağlı xüsusi işlər görüləcək. Dövlət televiziyalarında yol hərəkəti ilə bağlı gündəlik verilişlər yayımlanacaq. Konsepsiyada əsas məsələlərdən biri orta məktəblərdə aşağı siniflərdən başlayaraq yol hərəkəti qaydaları ilə bağlı dərsliklər olacaq”.

Ə.Hüseynov bildirib ki, imzalanması gözlənilən sərəncamla Abid Şərifovun səlahiyyətləri daha da artırılacaq: “Proqramın reallaşmasında əsas iş Azərbaycan Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının üzərinə düşəcək. Komissiya Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərir, komissiyanın sədri baş nazirin müavini Abid Şərifovdur. Bu komissiyanın səlahiyyətləri genişləndiriləcək. Bundan başqa əsas icraedici orqanlar olan Daxili İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, müəyyən hallarda Fövqəlası Hallar Nazirliyi də proqramın reallaşdırılmasına cəlb olunacaq”.(qafqazinfo)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar