Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağstafa bələdiyyəsində özbaşınalıq - Şikayət var...


Şahin Əhmədov bələdiyyə olmaq istəmir, amma bələdiyyə sədri olmağa vadar edilir


Bolgexeber.com-un elektron ünvanına gələn bir məktubu olduğu kimi sizlərə təqdim edirik.Ağstafa rayon Qıraq Kəsəmən Kənd Bələdiyyə sədri narahatdır.

Respublikada aparılan antikorrupsiya tədbirləri çərçivəsində idarə, müəssisə, təşkilat, bələdiyyə sədrləri həbs olunublar. Aparılan araşdırmaların yekunu yol verdikləri qanunazidd, hüququpozma halı kimi dəyərləndirildikdə bu günün özündə də rəhbər şəxslər məsuliyyətdən kənarda qala bilmirlər. Dövrünə görə, Ağstafa şəhər Bələdiyyəsinin sədri də bir çox qanuna zidd hərəkətlərinin nəticəsi olaraq məsuliyyətə cəlb olundu. Amma onu hüquqa zidd hərəkətlərə vadar edən Saiq Bayramov və başçının 1-ci müavini Ramiz Tatarov məsuliyyətdən kənarda qaldı.

Hazırda redaksiyamıza Ağstafa rayonundan məlumat verən şəxsin bildirdiyinə görə rayonun Düzqışlaq, Aşağı Kəsəmən və Qıraq Kəsəmən kənd bələdiyyələrinin sədrləri də məsuliyyətə cəlb oluna bilər. Məsələn: Qıraq Kəsəmən kənd Bələdiyyəsinin sədri Şahin Əhmədov bir çox hüquqa zidd işlərə məcbur edildiyinə görə hardasa narahat olmağa başlayıb. Səbəb kimi, Şahin Əhmədovun 2004-cü ildən 2011-ci ilə qədər kənd bələdiyyə üzvlərinin xəbəri olmadan bir çox sənədlərə qanunsuz olaraq imza atmasıdır. Məsələn, Şahin Əhmədovun 2004-cü ildə kənd bələdiyyə sədri olmasına baxmayaraq, 2001-ci il tarixinə özündən əvvəlki bələdiyyə sədri Zeynəb Vəliyevanın adından akt tərtib edərək dövlət əmlakının mənimsənilməsi halına yol verməsidir. Belə ki, kənd sakini Əhmədov Sübhi Həşim oğlunun adına olan torpaqdan keçən neft boru kəmərinə görə ona 90 min manat pul verilməli idi. Bələdiyyə sədri Sübhi Əhmədovu aldadıb.Bir ay sonra Sübhi Əhmədovun adından qanunsuz etibarnamə əldə edilib. Bundan Sübhi Əhmədovun xəbəri olmayıb. Kənd bələdiyyə sədri qanunsuz etibarnamə əsasında Sübhi Əhmədovun adına olan 90 min manatı Şahin Əhmədov Qazax rayon Mərkəzi Bankından çıxararaq mənimsəmşidir. Hələ də bu moxinasiya Əhmədov Sübhi Həşim oğlu üçün onun adına olan torpaqdan neft-boru kəmərinin keçdiyinə dair müəmmalı olaraq qalır. Hətta o da bildirilir ki, Şahin Əhmədov bu kimi bir neçə “iş”ə Rayon İcra Hakimiyyətinin 1-ci müavini Ramiz Tatarov və icra hakimiyyətində şöbə müdiri işləyən Şaiq Bayramov tərəfindən məcbur edilib. Onda rayonun icra başçısı Cümşüd Musayev olub. Hazırda Cümşüd Musayev Rayon Statistika İdarəsinin rəisidir.

Bundan əlavə, QHT xətti ilə kənddə abadlıq və içməli su probleminin həlli üçün verilmiş 120 min manat aqibəti bəlli olmayan səbəblərdən hara xərclənib bilinmir. O cümlədən, Şahin Əhmədov neft-boru kəmərinə yaxın mühafizə zolağına aid torpaqlarda həyətyanı sahə 171 (uçastka) satıb. Bu torpaqlara isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən şəhadətnamə verilməyib. Çünki həmin torpaqlar bələdiyyə mülkiyyətinə aid olan ehtiyat fond torpaqları kateqoriyasına aiddir. Bu torpaqlara isə dövlət aktının verilməsini Dövlət Torpaq və Xəritəçəkmə komitəsi qanunsuz hesab edib. Səbəbi belə izah edilib ki, bələdiyyəyə məxsus ehtiyat fond torpaqları vətəndaşlara həyətyanı uçastka kimi satıla bilməz. Şahin Əhmədov isə vətəndaşlardan 5 il bundan qabaq hər bir həyətyanı uçastkaya görə 500 manat alıb. Həmin torpaqların bələdiyyənin ehtiyat fondundan çıxarılaraq Dövlət Ehtiyatı Fonduna aid edildiyi əsas götürülüb və bu hal qanunazidd bir addım kimi dəyərləndirilib. Bundan əlavə, Şahin Əhmədov kənddə bütün münbit olan bələdiyyənin ehtiyat fonduna aid torpaqları özününküləşdirib, kənddə onlarla həyətyanı sahəni özü üçün qohumlarının adına rəsmiləşdirib. Hətta, icarə adı ilə 100 hektarlarla torpaqda kartof, soğan, süpürgə əkdirib, çox cüzi şəkildə bələdiyyəyə rüsumun ödənilməsini təşkil edib. Bu kimi sual doğuran və qaranlıq maliyyə sövdələşmələrində adı hallanan bələdiyyə sədri hazırda narahat olmağa başlayıb. Çünki, 2014-cü il bələdiyyə seçkilərinə bir aydan da az müddət qalıb. O, artıq bələdiyyə sədri olmaq istəmir, amma buna təkrar məcbur edilir. Digər tərəfdən, Ağstafa rayonunda bələdiyyələrin fəaliyyətinin yoxlanılması gözlənilir. Bunlar isə Şahin Əhmədova təsirsiz ötüşmür. O narahatdır, narahatçılığı özündən başqa rayon İcra Hakimiyyətinin I müavini Ramiz Tatarova, o cümlədən Ərazi İdarəetmə orqanları üzrə şöbə müdiri Şaiq Bayramova sirayət edir. Səbəb kimi, onlarla kənd bələdiyyə sədrinin belə qanunazidd hərəkətlərinə onlar da şərikdirlər. Belə hallara görə, onlardan da nələrsə soruşula bilər, rayondan bildirildi.

Adlarını yuxarıda qeyd etdiyimiz kəndlərin bələdiyyə sədrləri də analoji halla üzləşdiklərindən onlar da qorxuya düşüblər. Çünki, bütün qanunsuzluqlara qol qoyan bələdiyyə sədrlərinin məsuliyyətə cəlb olunması prosesi onların həyatından da təsirsiz ötüşməyəcək. Bu kimi səbəblər də narahatçılıq yaradır.

Bir az əvvəl Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Mərkəzi və Yerli İcra orqanlarında korrupsiyaya bulaşmış şəxslərin ciddi cəzalandırılması ilə bağlı fikirlər

səsləndirdi. Ağstafa rayon İcra Hakimiyyətində çalışan iki şəxs 30 ildən çoxdur rayon əhalisini müxtəlif şəkildə aldadıb onların varidatını talamaqla məşğul olublar. Bunlardan biri Ramiz Tararov, digəri isə Şaiq Bayramovdur. Təəssüflər olsun ki, hər iki şəxs hələ də cəzalandırılmamış qalır. Əksinə, Ramiz Tatarov və Şaiq Bayramovun cinayət tərkibli əməlləri davam etdirilir. Saxta diplomlu şəxsləri təkcə təhsildə deyil, Ramiz Tatarovun yerləşdirdiyi kadrların arasında da tapmaq olar. Başı bəlalı Qıraq Kəsəmən kəndinə bir müddət əvvəl Qədir İskəndərov, hazırda isə saxta diplomlu şəxs Nurəddin Yaqubəliyevin kənd icra nümayəndəsi olması hamıya məlumdur. Kənddə bir neçə xanıma sataşan icra nümayəndəsi Nurəddin Yaqubəliyevin hər zaman müdafiə olunması Şaiq Bayramov və Ramiz Tatarov tərəfindən həyata keçirilir. Məgər Qıraq Kəsəmən kəndində ləyaqətli şəxslər yoxdurmu ki, saxta diplomlu Nurəddin Yaqubəliyev kəndə rəhbərlik etsin? Belə şəxslər çoxdur, onlardan Kərimov Murtuz, Kərimov Elşad və digərlərinin adını çəkmək olar.

Bizə isə bir fikiri səsləndirmək məqbuldur: “Bələdiyyələrlə bağlı araşdırmalar zamanı aktlarda qanunsuzluqlara rast gəlirik. Araşdırma nəticəsində ciddi qanunsuzluqlar aşkar olunduqda mütləq onun hüquqi qiymətləndirilməsi məsələsi gündəmə gəlir. Respublika prokurorluğuna göndəririk” – demişdir, Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə.

Buyurun araşdırın, cənab Səlimzadə.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Ən çox oxunanalar