Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq əməkdaşları, tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevanın cinayət işi üzrə məhkəmə prosesi davam edir...

Hər iki şəxs Qarabağ bölgəsində tədqiqat aparılması üçün ayrılmış külli miqdarda vəsaiti mənimsəməkdə təqsirləndirilir. Hazırda prosesdə şahidlər dindirilir. Şahid Nərminə Hüseynova 2020-ci ilin iyulundan 2023-cü ilin iyul ayına qədər Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda işləyib. O, hazırda Tarix İnstitutunda çalışır. Şahid deyib ki, 2020-2021-ci illərdə arxeoloji qazıntı işlərinə ezam olunması ilə bağlı adını yazıblar, amma ekspedisiya işlərində iştirak etməyib: "Mənim bu işlərdən xəbərim olmayıb. Mən yalnız cədvəllərə imza etmişəm. Gülüstan xanım mənə kağız verib həmin kağıza imza atmağımı deyib".

Təqsirləndirilən Səbuhi Hüseynov bildirib ki, Nərminə Hüseynovanın iki ekspedisiya işində adı yazılıb. Onun sözlərinə görə, 2020-ci ilin avqustunda və 2021-ci ildə Nərminə Hüseynovanın adının ekspedisiyaya yazılmasını Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru olmuş Maisə Rəhimovaya tapşırıb. Təqsirləndirilən şəxs arayış verəndən sonra prokuror şahid Nərminə Hüseynovaya suallar verib. Suallara cavab verən şahid deyib ki, həmin dövrdə əmək haqları karta köçməyib, bu səbəbdən həmin ayrılan pullardan xəbəri olmayıb: "Ekspedisiya işində adım olub. Bunu da mənə Gülüstan xanım deyib. Mənim imza olunan cədvəldə yalnız ad-soyadım olub. Digər xanalar isə boş olub. Cədvəldə pulla bağlı rəqəm olmayıb. Mənə imza edilən sənəddə pula aid olub-olmadığım deyilməyib. Mən bu işdə pul söhbətinin olmasını bilməmişəm. Pul qrafası boş olub. Pulla bağlı hər hansı bir rəqəm olmayıb".

Nərminə Hüseynovanın hazırkı ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğu müəyyən edilib. Bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib. Nərminə Hüseynova ifadəsinin bir hissəsində göstərib ki, 2021-ci ildə Müzəffər Hüseynovun tapşırığı ilə ekspedisiyaya gedib. Onun ifadəsinə görə, ekspedisiyada iştirak etdiyi üçün kartına 900 manat köçüb: "Həmin pulu kartdan çıxardım. 800 manatı Müzəffər Hüseynova verdim, qalan 100 manat isə mənə qalıb".

Şahid bildirib ki, ekspedisiya işində hesabat yazıb, buna görə də 100 manat ona çatıb.

Digər şahid Azər Əliyev bildirib ki, institutda elmi işçi işləyib, hazırda təqaüddədir. Onun sözlərinə görə, Tarix Dostəliyev ilə birlikdə 30-a yaxın ekspedisiya işlərində iştirak edib. Onun sözlərinə görə, Səbuhi Hüseynov ilə də ekspedisiya işlərində iştirak edib.

Təqsirləndirilən Səbuhi Hüseynov bildirib ki, Azər Əliyevin 2019-2020-ci illərdə 2 dəfə ekspedisiya işlərinə adı yazılıb: “Amma bu şəxsin üzünü də görməmişik. Bu şəxslə bağlı etiraz etmişəm, gəlib ekspedisiya işlərində iştirak etməsini istəmişəm. Ümumilikdə qeyd etdiyim kimi 4 nəfərin adı yazılıb, amma heç biri işlərində olmayıb. Onlardan biri də Azər Əliyevdir. 4 nəfərin pulu – 1800 manat edib. Həmin pulu da Maisə Rəhimovaya vermişəm”.

Daha sonra şahid qismində Pərvanə Əhmədzadə ifadə verib. Məlum olub ki, Pərvanə Əhmədzadə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda laborant kimi işə götürülüb. 6 il həmin institutda laborant işləyib, bu illər ərzində bir dəfə də olsun institutun qapısını açmayıb.

Şahid qeyd edib ki, təqsirləndirilən şəxslərdən heç birini tanımayıb. Onun özü də etiraf edib ki, institutda adı getsə də, heç vaxt ora getməyib.

Pərvanə Əhmədzadə deyib ki, 2015-ci ildə institutda işi rəsmiləşdirilib, amma onun işlərini atası görüb. Onun sözlərinə görə, evdə ona atası bəzi sənədlər verib, o da həmin sənədlərə imza atıb. Şahid həmin sənədlərin nədən ibarət olduğunu bilməyib.

Hakimin instituta “ölü canlar”ın olması barədə kimlərə müraciət edildiyi barədə suala cavabda Səbuhi Hüseynov deyib ki, bununla bağlı müvafiq qurumlara müraciət edib, amma bir nəticəsi olmayıb.

Səbuhi Hüseynov məhkəmədəki sərbəst ifadəsində demişdi ki, institut rəhbəri Maisə Rəhimovanın qanunsuzluqları ilk dəfə 2019-cu ildə - ilk ekspedisiyasına hazırlaşarkən olub. Təqsirləndirilən şəxsin dediyinə görə, Maisə Rəhimova onunla birlikdə gedəcək şəxslərin adına sənədləşmə aparılmasını, ayrılacaq vəsaitin isə 30 faizinin ona, 20 faizlik hissənin isə mühasibatlığa çatdırılmasını istəyib:

“Mən buna etiraz etdim, dedim ki, həmin pullar işçilərə çatmalıdır. Bundan sonra münasibətlərimiz pisləşdi. Sonradan Mədəniyyət Nazirliyinə məruzə edib ki, guya mən hesabat verməmişəm. Bundan sonra dəfələrlə institutda hökm sürən qanunsuzluqlar barədə müxtəlif yerlərə müraciətlər etdim. Həmin müraciətlərin edilməsində həyat yoldaşım da iştirak etdiyi üçün onu da yeyintidə ittiham edirlər. İnstitutdakı qanunsuzluqlara əncam çəkməsi üçün Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevə də müraciət etdim. Sağ olsun, o, da belə “əncam” çəkdi”.

Aprelin 25-də keçirilən prosesdə Səbuhi Hüseynov deyib ki, 2019-cu ildə Pərvanə Əhmədzadənin adı Maisə Rəhimovanın göstərişi ilə AğdamBərdə rayonunda aparılan ekspedisiya işlərinə yazılsa da, bu işlərdə iştirak etməyib. Məhkəmədə o da məlum olub ki, Pərvanə Əhmədzadənin adı 7 dəfə ekspedisiyada yazılıb, amma heç birində iştirak etməyib, adına yazılan pullar isə kimlərsə tərəfindən götürülüb. Hakim bildirib ki, hər ekspedisiya 900 manat olmaqla Pərvanə Əhmədzadənin adına 6300 manat pul yazılıb. Hakim onu da əlavə edib ki, bu fakt dövlət vəsaitinin mənimsənilməsi faktını ortaya çıxarır. Hakim bunun cinayət əməli olduğunu bildirib.

İttihama görə, Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayeva Qarabağ bölgəsində tədqiqat aparılması üçün ayrılmış vəsaitin 92 min 700 manatını mənimsəməkdə təqsirləndirilir. Səbuhi Hüseynov və Gülüstan Əliyeva barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib. Cinayət Məcəlləsinin 179.3.2- ci maddəsi ilə 5 ilə, 308.2-ci maddəsi ilə 7 ilə, 313-cü maddəsi ilə isə 2 ilə qədər cəza nəzərdə tutulub. Cinayət işi üzrə zərərçəkmiş qismində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu tanınıb. Növbəti proses mayın 8-də davam edəcək.(Musavat.com0

Poliqon.info

 

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar