Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alban spiker Bakıda


İlir Metan Azərbaycana gəlməsinin səbəblərini açıqlayıb


Azərbaycan  Albaniya Respublikası Parlamentinin sədri İlir Metan oktyabrın 19-da Azərbaycana rəsmi səfərə gəlib.

AzərTAc xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Albaniya parlamentinin sədrini Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar.

İ.Metan Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə müsahibəsində deyib: “Bu mənim Albaniya parlamentinin sədri kimi Azərbaycana ilk rəsmi səfərimdir. Səfər Albaniyanın Azərbaycan ilə əlaqələrinin itensivləşməsinə verdiyi böyük əhəmiyyətin göstəricisidir. Çünki Azərbaycan Albaniyanın gələcək inkişafı baxımından mühüm rol oynayan strateji tərəfdaşdır”.

“Trans-Adriatik Pipeline” (TAP) boru kəməri layihəsinin əhəmiyyətini vurğulayan İ.Metan bildirib ki, bu kəmər Albaniyanın ərazisindən keçərək Avropaya doğru çəkiləcək. TAP layihəsi Albaniya ilə Azərbaycanı birləşdirən yeganə layihə deyil. Azərbaycan şirkətləri Albaniyada enerji, infrastruktur və turizm sahələrinə sərmayə qoyurlar. Bu da bizim iqtisadi əlaqələrimizin genişləndirilməsi üçün böyük potensialın olduğuna dəlalət edir.

Tirana Politexnik Universiteti ilə Bakı Dövlət Universiteti arasında Anlaşma Memorandumunun imzalanması mərasimində iştirak edəcəyini bildirən Albaniya parlamentinin sədri vurğulayıb ki, iki ölkənin əməkdaşlığı baxımından təhsil çox perspektivli sahədir.

İ.Metan iki ölkənin parlamentləri arasında əməkdaşlığın gücləndirilməsinin dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyini bildirib.
Səfər çərçivəsində Albaniya parlamentinin sədri Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edəcək və bir sıra görüşlər keçirəcək.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ən çox oxunanalar