Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropanın Ermənistan sevgisi...



İkili standartları özünün prioritet siyasəti elan edən Avropadan növbəti anlaşılmaz və qərəzli bir addım


Qurum Avropadan birdəfəlik üz döndərərək Rusiyanın himayəsi altına keçən Ermənistana islahatları həyata keçirmək üçün milyonlarla dollar ayırmaq qərarına gəlib. Hətta erməni siyasi dairələrində belə bu qərar az qala şok effekti doğurub. Və bunu anlaşılmaz bir qərar kimi qarşılayıblar. 

“Kaspi” qəzeti yazır ki, Avropa Birliyi (AB) işğalçı Ermənistana müxtəlif sferaları əhatə edən islahatların davam etdirilməsi üçün 77,5 mln. dollar ayrılması barədə qərar qəbul edib. Bununla bağlı dünən baş nazir Ovik Abramyan və AB-nin Ermənistandakı missiyasının rəhbəri Trayan Xristeanın iştirakı ilə tədbir də düzənlənib. 

Dünənə qədər Avropa Birliyinə alternativ kimi yaradılan Avrasiya İqtisadi Birliyini prioritet elan edən düşmən ölkənin baş naziri indi utanmadan bəyan edib ki, Avropa Birliyi Ermənistanın başlıca tərəfdaşlarından biridir. Bəlkə Avropa Birliyi Avrasiya İqtisadi Birliyi «müttəfiq» olublar bizim xəbərimiz yoxdu. Və bu qərarın heç mürəkkəbi qurumamış forpost bir ölkəyə bu qədər maliyyə yardımı ayrılması barədə qərar qəbul edir. Axı düşmən ölkə Qərblə əməkdaşlıqdan birdəfəlik imtina edib. Qərb isə sanki bunu görməyibmiş kimi, yenidən bu ölkə ilə əməkdaşlığa can atır. 

Bəlkə Qərb ümid edir ki, bununla Ermənistanı Rusiyanın himayəsindən uzaqlaşdıra biləcək. Ermənistanı bu məsələdə qınamaq fikrində deyilik. Onsuz da bu dövlət ələbaxan olmağa öyrəşib və kim pul verirsə, onun qulu olmağa hazırdır. Bir dövlət kimi pul verirlərsə, ondan yararlanmaq onun hüququdur. Burada söhbət Qərbin tutduğu mövqedən gedir. Yəni, Ermənistan sənin üçün bu qədər matağ oldu? Axı iqtisadiyyatı ağır bir durumda olan, əhalisinin böyük bir qismi ölkədən qaçan bu subyekt səninlə əməkdaşlıqdan birdəfəlik imtina etdi. AB-nin “Şərq tərəfdaşlığı” proqramına rədd cavabı verdi. Bu onu göstərir ki, Qərb ikili standartlar siyasətindən, erməni lobbisinin təsirindən heç cürə yaxa qurtara bilməyəcək. Bir məsələni də qeyd edək ki, heç qurumun özündə də bir ikitirəlik hökm sürür. 

Belə ki, Avropa Parlamentinin xarici əlaqələr komissiyasının sədri Elmar Brokun bu yaxınlarda söylədiyi fikirlər yada düşür. AB rəsmisi demişdi ki, “Ermənistan eyni anda Avrasiya İqtisadi Birliyinin Gömrük İttifaqının üzvü olub, həm də Avropa Birliyi ilə assosiasiya sazişi imzalaya bilməz. Yarımçıq hamiləlik mümkün deyil”. E. Brok bu qərardan təəssüfləndiyini və məsələni Ermənistan prezidenti ilə daha əvvəl müzakirə etdiyini söyləyib: “Biz Azərbaycan və Dağlıq Qarabağla bağlı situasiya ilə əlaqədar Ermənistana Rusiya tərəfindən çox ciddi təzyiqlər edildiyini bilirik. Bu faktordan kiçik Ermənistan dövlətinə qarşı şantaj kimi istifadə olundu. Mən çox təəssüf edirəm ki, bu və digər səbəblər üzündən həm Gömrük İttifaqında, həm də Avropa Birliyinin azad ticarət zonasında eyni anda tam hüquqlu iştirak mümkün olmayacaq”.

E. Brok bəyan edib ki, AB-Ermənistan münasibətləri bundan sonra Avropaya inteqrasiya perspektivindən məhrum olacaq. O, Avropanın lazımi məqamda Ermənistana dəstək verməməsi səbəbiylə bu ölkənin belə bir addımı atmaq məcburiyyətində qalması haqda fikirlərlə razılaşmayıb: “Hesab edirəm ki, belə fikirlər daxili auditoriyaya hesablanmış “piar”dır. Biz assosiasiya sazişi barədə danışıqlara və Vilnüsdə bu istiqamətdə irəliləyişi qeydə almağa hazır idik. Ermənistanın bu addımının səbəbi Rusiyanın təzyiqidir”. Bəli, AB rəsmisinin bu sözləri hara, qəbul edilən qərar hara. 

Yeri gəlmişkən, AB-nin qanunverici qurumu hesab edilən Avropa Parlamenti bu günədək qəbul etdiyi çoxsaylı qətnamələrdə (misal üçün, 2010-cu ildə Cənubi Qafqaz bölgəsi ilə bağlı, 2012-ci ildə AzərbaycanErmənistanla aparılan assosiasiya sazişi üzrə danışıqlarla bağlı) Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu bəyan edərək işğalçı qüvvələrin Dağlıq Qarabağ bölgəsi daxil olmaqla bütün işğal olunmuş ərazilərdən dərhal çıxmasını tələb edib. Bəs necə olur ki, belə bir qərarlar ola-ola işğalçı dövlətə milyonlar yağdırır? Ermənistanın 20 ildən artıqdır ki, işğalçılıq siyasətindən əl çəkmir və bir milyondan artıq soydaşımızı öz doğma ocaqlarından didərgin salıb. Eləcə də, hər gün atəşkəs rejimini pozması, hərbçiləri, günahsız insanları və uşaqları qətlə yetirməsi dünya ictimaiyyətinin gözləri qarşısında baş verir. Çox təəssüf ki, beynəlxalq birlik Ermənistanın təcavüzkar siyasətinə hələ də göz yumur, işğalçı ilə işğala məruz qalan tərəf arasında bərabərlik işarəsi qoymaqda davam edir. (qafqazinfo.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar