Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avtobusda qadınların yer savaşı - Bakıda


Qadınları digər sərnişinlər çətinliklə sakitləşdiriblər


 Ötən gün Bakıda sərnişin avtobusunda dava düşüb. ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, dünən saat 16 radələrində 18 saylı avtobusda iki qadın yer üstündə saçyolduya çıxıb. Avtobusda yaşı 50 və 60 olan iki qadın ilk öncə oturmaq üstündə mübahisə etməyə başlayıb. Qadınlardan bir oturmaq istədiyi vaxt digər xanım ona irad tutub.

“Kənardan məni itələyib, oturmaq istəyirsən. Yaşda da mən səndən böyüyəm. Utanmırsan, qanacağın olsun”, - deyə 60 yaşlı qadın qışqırıb.

Digər qadın bunu eşidən kimi əsəbləşib və həmkarını təhqir etməyə başlayıb: “Qoca arvadsan, ölmürsən, yer üstündə dava salırsan? Get yıxıl öl, it qızı!”.

Həmcinsinin təhqirinə dözə bilməyən 60 yaşlı qadın onun saçından tutub və vurmağa başlayıb: “Mən müharibə veteranıyam. Mənə hörmət etməkdən ağzına gələni danışırsan. Səni əzərəm!”, - deyə qadın həmkarının cavabını verib.

Avtobusda olan digər sərnişinlər qadınları çətinliklə sakitləşdiriblər. Qarşıda oturan orta yaşlı kişi müharibə veteranı olduğunu deyən qadına yer verib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Ən çox oxunanalar