Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Bolqarıstan üçün önəmli tərəfdaşdır


Azərbaycanın Bolqarıstandakı səfiri bu ölkənin ədliyyə naziri ilə görüşüb


Ötən gün Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov bu ölkənin baş nazirinin müavini, ədliyyə naziri xanım Zinaida Zlatanova ilə görüşüb.

Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən danışan səfir, Azərbaycanın Bolqarıstanla bütün sahələrdə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib.

E.Kərimov Azərbaycanda mövcud məhkəmə hüquq və qanunvericilik sistemi, eləcə də son illər bu sahədə aparılan islahatlar barədə ətraflı məlumat verib. Ədliyyə hüquq sahəsində əlaqələrin daha da möhkəmlənməsi üçün geniş imkanların mövcudluğu və bu istiqamətdə hər iki ölkənin Ədliyyə nazirlikləri arasında qarşılıqlı səfərlərin, habelə müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində mütəmadi görüşlərin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Xanım Zinaida Zlatanova Azərbaycanın Bolqarıstan üçün önəmli ölkə olduğunu qeyd edərək, əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə edib. Ölkələrimizin ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirən nazir, bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.(azərtac)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ən çox oxunanalar