Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda qızmar hava davam edəcək

"Hazırda Bakıda havanın temperaturu iqlim normasından 2-3 dərəcə yüksəkdir"


PİA.AZ bildirir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

G.Məmmədovanın sözlərinə görə, son günlər ərzində Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim norması daxilində tərəddüd edir. Bəzi günlərdə isə temperatur iqlim normasından 2-3 dərəcə yüksək olub: "Son 3-4 gün ərzində Bakıda havanın temperaturu 35-39 dərəcə arasında dəyişib. Bölgələrdə isə 35-40, bəzi yerlərdə 41 dərəcə müşahidə edilib.

G.Məmmədovanın sözlərinə görə, yaxın 2-3 gün ərzində ölkə ərazisində isti hava şəraiti davam edəcək. Bakıda  temperaturun 32-37 dərəcə, Aran rayonlarında isə 35-40 dərəcə isti olacağı gözlənilir.  

G.Məmmədovanın sözlərinə görə, yayda belə isti hava şəraiti əvvəlki illərdə də müşahidə edilib: "İyul-avqust yayın ən isti aylarıdır. Əvvəlki illərdə olduğu kimi bu il də havanın temperaturu yüksəkdir. Belə hava şəraiti ötən illərdə də müşahidə edilib".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar