Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycandakı işsizlərin sayı açıqlandı



Məşğulluq xidməti orqanları 28995 nəfərə rəsmi işsiz statusu verilib


Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq xidməti orqanları tərəfindən 28995 nəfərə rəsmi işsiz statusu verilib.

PİA.AZ-ın məlumatına görə, nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev Trend-ə bildirib ki, ”Məşğulluq haqqında” qanuna əsasən, işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq ərazi üzrə məşğulluq mərkəzində işaxtaran kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli vətəndaşlar işsiz statusu almaq hüququna malikdirlər.

Vətəndaş yaşadığı ərazi üzrə məşğulluq mərkəzinə şəxsiyyətini təsdiq edən sənəd, əmək kitabçası (yaxud onu əvəz edən sənəd), peşə və ya ixtisasını təsdiq edən sənəd (zəruri hallarda) təqdim edərək işaxtaran kimi qeydə alınır.

İlk dəfə işaxtaranlar şəxsiyyəti təsdiq edən və təhsil haqqında (zəruri hallarda) sənədləri təqdim edirlər. İşaxtaran kimi qeydiyyata alınmış vətəndaş müvafiq sənədləri təqdim edəndən sonra münasib iş təklifi ala bilmirsə, məşğulluq mərkəzi 11 gün ərzində həmin şəxsə işsiz statusu verilməsi haqqında qərar qəbul edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Ən çox oxunanalar