Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BP şirkəti BDU tələbələri ilə görüş keçirib


Oktyabrın 22-si Bakı Dövlət Universitetində BP("British Petroleum") şirkətinin tələbələrlə görüşü baş tutub


Görüşdə Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov və komitə əməkdaşları, BP şirkətinin nümayəndələri, o cümlədən,  İnsan resursları şöbəsinin əməkdaşı Həlimə Mahmudova və tələbələr iştirak edib

Bakı Dövlət Universitetində Təhsil və karyera günləri çərçivəsində həyata keçirilən bu görüşdə tələbələrə gələcək iş imkanları barədə geniş məlumat verilib.

İlk olaraq tədbirin açılışını üzərinə götürən BDU THİK sədri Daşqın Qənbərov hər kəsi salamlayaraq gənclərin, xususən tələbələrin fəaliyyətində bu cür görüşlərin vacibliyini vurğulayıb:

“ Tələbənin əsas vəzifəsi təhsilinin yüksəldilməsi üçün səylə çalışmaq, oxumaqdır. Ancaq bununla yanaşı, hər bir insan kimi, tələbənin də motivasiyaya ehtiyacı var. Məhz bunun sayəsində o daha da həvəslə oxuya, biliklərini genişləndirə bilər. Sirr deyil ki, tələbə üçün ən gözəl motivasiya onun gələcəkdə tuta biləcəyi mövqedir. Əgər mənim qiymətlərim əla olsa, mənim intellektual səviyyəm, ictimai fəallığım yüksək olsa, nələrə nail olacam deyə tələbə özünə sual verir. Əlbəttə, karyera tələbə üçün ən gözəl motivasiyadır. Bu mənada Azərbaycanda müxtəlif karyera günlərinin, əmək yarmarkalarının keçirilməsi çox böyük əhəmiyyətə malikdir. Biz də THİK kimi fəaliyyətimiz dövründə bu cür görüşlərin, təhsil və karyera günlərinin tez-tez keçirilməsi üçün çalışırıq. Çox müsbət haldır ki, Bakı Dövlət Universitetinin tələbələri bu tip tədbirlərə yüksək maraq və həvəslə yanaşırlar. Ölkəmizdə həm dövlət, həm özəl sektorda kifayət qədər vakant yerlər var. Bu iş yerlərinin hər biri savadlı, potensial kadrları gözləyir. İstərdim ki, bizim universitetin və ümumiyyətlə bütün Azərbaycanın tələbələri layiqli yerlərdə çalışsınlar. Dövlətimizin bundan sonra da çiçəklənməsi biz, gənclərdən asılıdır” – deyə Daşqın Qənbərov bildirib.
Daha sonra BP şirkətinin  İnsan resursları şöbəsinin əməkdaşı Həlimə Mahmudova çıxış edərək hər zaman tələbələrə iş imkanlarının yaradılması işi istiqamətində çalışdığını və bundan sonra da universitet məzunlarına dəstək olacağını söyləyib.

Şirkət tərəfindən reallaşdırılan layihələr barədə danışan Həlimə Mahmudova hal-hazırda tələbələr üçün yay təcrübə proqramına ərizə qəbulunun davam etdiyini vurğulayıb.

“BP tərəfindən tələbələr üçün nəzərdə tutulan yay təcrübə proqramı şirkətdə yay tətili zamanı 10 həftəlik çalışmaq imkanıdır. Bu təcrübə müddətində hər bir tələbə rəqabətə davamlı əmək haqqı ala biləcək və əsl komanda işi ilə tanış olaraq  ən son avadanlıq və texnologiyalardan istifadə edə biləcək. Eyni zamanda, bu sizin karyera təşəbbüslərinizi üzə çıxarmaq və müvəffəqiyyətli karyera üçün sizin üçün zəruri olan texniki və fərdi bacarıqlarınızı inkişaf etdirmək imkanıdır” – deyə şöbə əməkdaşı geniş məlumat verib.

BP şirkətinin nümayəndələri tələbə və məzunlar üçün yaradılan imkanlar, iş və təcrübə proqramlarından danışıblar. Bütün bunlar müxtəlif video-çarx və slaydların nümayişi ilə müşaiyət olunub.

Sonda tədbirə yüksək maraq göstərən tələbələr BP şirkətinin nümayəndələrinə suallar ünvanlayıblar. Sualalrı cavablandıran nümayəndələr tələbələri fəal olmağa və iş üçün BP-yə müraciət etməyə çağırıblar.

BDU THİK İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri, Rəşid Mustafazadə


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ən çox oxunanalar