Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda Ermənistan istehsallı məhsullar məhv edildi


Sumqayıt şəhəri yaxınlığında, xüsusi ayrılmış sahədə, müxtəlif vaxtlarda respublikamızın ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən zaman gömrük orqanları tərəfindən tutulmuş və istifadəsi yararsız hesab olunmuş məhsullar kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib


Qaynar.info Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, həmin məhsullardan ümumi miqdarı 64802 qutu təşkil edən müxtəlif adda tütün məmulatları Səhiyyə Nazirliyi Respublika Gigiena və Epidemiologiya Mərkəzinin rəyinə əsasən istifadəyə yararsız sayıldığından zərərsizləşdirilib.

207 kq kolbasa, 91 kq hisə verilmiş balıq, 218 ədəd (113 qr-lıq bankalarda) balıq kürüsü isə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən istifadə müddəti bitdiyi üçün məhv olunub. Müxtəlif adda 611 ədəd pivə və kustar üsulla hazırlanmış 864 litr şərab standart tələblərə uyğun gəlmədiyi və istifadəyə yararsız olduğu üçün onlar da zərərsizləşdirilib. İstifadə müddəti bitdiyi üçün 446 ədəd mineral su, 659 ədəd limonad, 3815 ədəd sərinləşdirici və enerji içkisi, eləcə də 317 ədəd müxtəlif duru yağlar da məhv edilib.

Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən 311 071 ədəd pirotexniki vasitələr yanğın təhlükəsizliyi cəhətdən 1-ci sinifə aid olması, həmçinin daşınması, saxlanılması və istifadəsi zamanı insan sağlamlığına xəsarət yetirə biləcək yanğın və partlayış təhlükəli olduğu nəzərə alınaraq onların da məhv edilməsi həyata keçirilib. Bundan başqa, müxtəlif markalı 252 ədəd mobil telefonlar kontrafakt məhsullara aid edildiyi üçün məhv olunub.

Nəhayət, gömrükçülərin müsadirə etdikləri mallar arasında Ermənistan istehsalı olan 51 qutu siqaret, 23 ədəd kofe, 31 ədəd konyak da aşkarlanmış və istifadəyə yararsız olduğu üçün məhv edilib.

Sözügedən bütün məhsullar Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində fəaliyyət göstərən məhvetmə komissiyası və Komitənin səlahiyyətli nümayəndələrinin iştirakı ilə zərərsizləşdirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar