Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda Nurçuların qara günləri yenidən başlayır?



Bu, ölkə daxilində hətta qardaş Türkiyənin “kimisə həbsdən buraxın, kimisə həbs edin” tipli xahişlərinin Azərbaycan hakimiyyəti üçün keçərli olmadığını bir daha göstərdi


Dekabrın 15-də İstanbulda və Türkiyənin bəzi bölgələrində başladılan həbslər həm qardaş ölkədə, həm də dünyada ciddi reaksiya doğurub. Müxalifətin “Ərdoğanın qisası” kimi dəyərləndirdiyi həbslər “Gülər camaatı”nın son qalalarından başlayıb. 

“Yeni Müsavat”ın yazdığına görə həbs olunanlar arasında “Samanyolu” yayım qrupunun rəhbəri Hidayət Karaca və “Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlı da var. Məlumata görə, “Gülən camaatı” ilə bağlı başladılan istintaqda 37 nəfərin adı yer alır. “Milliyet” qəzetinin hökumətdəki mənbələrdən əldə etdiyi məlumatda deyilir ki, adı listədə olan 32 nəfərdən biri də Fətullah Güləndir. Amma Türkiyə hökuməti F.Gülən haqda həbs qərarı çıxara bilməyib. Səbəb onun ABŞ-da yaşamasıdır.

Qəzetin yazdığına görə, əməliyyatı icra edən İstanbul Prokurorluğu, Gülən haqqında hazırlanan sənədləri qırmızı bülleten çıxarılması üçün Ədalət Nazirliyinə göndərəcək. Ədalət Nazirliyi məsələni araşdırdıqdan sonra Fətullah Gülənin İnterpol xətti ilə beynəlxalq axtarışa veriləcəyi, onun barəsində qırmızı bülletenlə axtarış elan ediləcəyi deyilir. Bu fakt onu göstərir ki, hələ baş nazirlik dövründə “Hizmət” hərəkatını xeyli zəiflədilən Rəcəb Tayyib Ərdoğan prezident kürsüsündə oturduqdan sonra “Gülən camaatı” ilə son döyüşə qərar verib. Bu həm də o anlama gəlir ki, Ərdoğanın hədəfi “Hizmət” hərəkatının təkcə Türkiyədə deyil, bütün türkdilli ölkələrdə hələ də fəaliyyətdə olan  şəbəkəsinin tam çökdürülməsidir və bu sırada Azərbaycan da var.

Bu il Türkiyədə keçirilən  30 mart bələdiyyə seçkilərindən dərhal sonra, daha dəqiqi, aprelin 4-də Bakıya gələn o zamankı baş nazir Ərdoğanın  “Hizmət” hərəkatı tərəfdarlarının Azərbaycanda şəbəkələşməsi barədə Türkiyə istihbaratının siyahısının və məxfi dosyenin şəxsən prezident İlham Əliyevə təqdim edildiyi barədə məlumatlar vardı. Bu siyahıda Azərbaycan hökumətində təmsil olunan “camaat”a bağlı şəxslərin adlarının olduğu bildirilirdi. Məhz Ərdoğanın Bakı səfərindən sonra Azərbaycanda “camaat”a məxsus liseylər bağlandı. Eyni zamanda bir neçə məmur işdən azad edildi. “Nurçu dərshanələri” adı altında fəaliyyət göstərən bütün hazırlıq kursları ya bağlandı, ya da başqa tabeçiliyə verildi. Müşahidələr göstərir ki, Azərbaycan hakimiyyəti Ərdoğanın israrına rəğmən bu “təmizləmə” prosesini mümkün qədər səs-küysüz aparmağa nail ola bilib, hətta bəzi hallarda rəsmi Ankaranın iradəsinə qarşı çıxaraq “Bakıda heç bir həbs aparıla bilməz” deyə, buna imkan verməyib. 

Bu, ölkə daxilində hətta qardaş Türkiyənin “kimisə həbsdən buraxın, kimisə həbs edin” tipli xahişlərinin Azərbaycan hakimiyyəti üçün keçərli olmadığını bir daha göstərdi. Hakimiyyət Ərdoğanın açıq-aşkar qisas əməliyyatına Bakıda gözlənilən (daha dəqiqi, istənilən)  həbslərlə dəstək verməməklə həm “nurçu” təhlükəsinin olmadığına işarə vurdu, həm də bu cameənin mümkün incikliklərini də öz adına önlədi. Hətta öz gənc kadrlarını-Elnur Aslanov və Elşad İsgəndərovu “qurban verdi.”  

Hökuməti nurçu məsələsində təmkinli mövqe tutmağa vadar edən daha bir mühüm səbəb də var. Türkiyə Sənayeçi və İş adamları Birliyi (TÜSİAB) mediada nurçuların Azərbaycandakı əsas iqtisadi qurumu kimi təqdim edilir. 20 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərən qurumda 230-dan artıq türk şirkəti birləşir. Bu şirkətlərin bir çoxu Azərbaycan şirkətləri ilə şərikli fəaliyyət göstərsələr də, böyük əksəriyyəti Türkiyə şirkətləri olaraq ölkəmizdə qeydiyyatdan keçiblər. Bunlar əsasən sənaye və emal, telekommunikasiya, inşaat və təmir, mətbuat, tekstil, təhsil, səhiyyə, bank sektoru və sığorta, rabitə, avtomobil, neft sektorları kimi sahələri əhatə edir.

Bu şirkətlərin Azərbaycandakı sərmayəsi isə 3 milyard dollara yaxındır. Şirkətlərdə hazırda 30 mindən artıq işçi çalışır və bunların böyük əksəriyyəti, xüsusən də idarəetmə orqanlarında çalışanlar Türkiyə türklərdir. Hökumət Ərdoğanın “qisas kampaniyasını” Bakıya daşısa, Azərbaycanda  “iqtisadi zəlzələ” baş verə bilər...  

Amma etiraf etmək lazımdır ki, indi situasiya daha da qəlizləşib və Ərdoğan cidd-cəhdlə “Hizmət” hərəkatının hətta bir adamını belə azadlıqda gəzməsinə qarşıdır.    

Ekspertlərin fikrincə, “Hizmət” hərəkatının Bakıdakı “qolu” kifayət qədər zəiflədilsə də, Ərdoğan bununla kifayətlənməyəcək. Ola bilsin ki, Ərdoğan Bakıya “düşmənləri sırasında” olanlar haqda  yeni məlumatlar versin, yeni adlar təqdim eləsin.

O da mümkündür ki, hökumət də bu siyahıya uyğun olaraq öz araşdırmalarını aparsın. Ancaq bu dəfə Ərdoğanın israrı qarşısında hansısa manevrlər etmək rəsmi Bakı üçün daha çətin olacaq.  AKP iqtidarı rəsmi Bakını hətta sərhədlərin açılacağı, Türkiyəyə qoyulan Azərbaycan sərmayesinə problemlər yaradacağı ilə də hədələyir. 

Ərdoğanın, Avropa Birliyinin sərt qınağı ilə üzləşəcəyini  bilə-bilə həbslərə qərar verməsi “Hizmet”çiləri bağışlamaq niyyətində olmadığını və Türkiyənin yaxın çevrəsində olan ölkələrdə də nurçu şəbəkənin tam  çökdürmək üçün bütün riskli addımlara hazır olduğunu sübut edir. 

Məsələn, dekabrın əvvəlində nurçuluğun o qədər populyar olmadığı Rusiyada bu cərəyanının azərbaycanlı lideri Hacıbəy İsmayılov saxlanılıb. Azərbaycanlı “lider” ekstremist materialların yayılmasında ittiham olunub. Onun evində axtarışlar zamanı “nurçular” cərəyanının mənəvi lideri olan Səid Nursinin müəllifli olduğu minlərlə dini ədəbiyyat nüsxələri aşkar edilib. Məhkəmə gedişatında H.İsmayılov girov müqabilində azadlığa buraxılıb və sonda cərimələnib. Bu həbsin Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərindən dərhal sonra baş verməsi təsadüfi deyil.  Məlumatlara görə, Ərdoğan hətta Afrikaya səfərlərində də “Hizmət” hərəkatının fəaliyyəti ilə ciddi maraqlanır, onların öz ifadəsi ilə desək “yuvalarını dağıtmaq” üçün xahişlər edir. Bu xahişlər “kardeşim” dediyi digər türkdilli respublikalara edilən hər səfərdə də dilə gətirilir. Azərbaycanda da siyasi məhbusların sayının artdığı bir zamanda “Gülən camaat”nın sonuna çıxmaq üçün başladılan həbslərin Bakıyadək uzanması hakimiyyət üçün çıxarlı deyil. (qafqazinfo.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar