Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda ağacların məhv edilməsi faktı ilə bağlı daha bir cinayət işi başlanıb


Azərbaycanda ekoloji mühitə ziyan vuranlara qarşı kəsərli mübarizə tədbirləri davam etdirilir


Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, ekoloji mühitə ziyan vurulması, ağaclar və digər yaşıllıqların qanunsuz kəsilməsi, həmçinin ekoloji tarazlığın pozulmasına yönəlmiş qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.
 
Belə ki, Binəqədi rayonu, Biləcəri qəsəbə sakininin “Bulaq” restoranı ərazisində ağacların məhv edilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” xidmətinə müraciəti əsasında həmin nazirlikdən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
 
Araşdırmalarla müəyyən edilib ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi 19 saylı ünvanda sahəsi 9503 kvadratmetr olan torpaq sahəsi Biləcəri bələdiyyəsi tərəfindən 15 avqust 2005-ci il tarixli müqaviləyə əsasən park və ictimai iaşə məqsədləri üçün “Bulaq” restoranının sahibi Quliyev Eldar Müseyib oğlunun istifadəsinə verilib.
Həmin ünvandakı yaşıllıq sahəsinə keçirilən baxış zamanı restoranın həyətində 20-44 sm diametrliyində 67 ədəd Eldar şamının köküstə qurumuş vəziyyətdə olduğu və 2 ədəd ağacın isə kəsilmiş kötükləri aşkar olunub. Nəticədə təbiətə 57 min 360 manat məbləğində ziyan vurulması müəyyən edilib.
 
Ağacların quruma səbəblərini müəyyənləşdirmək məqsədilə ağacların dibindən torpaq nümunələri götürülərkən torpaq səviyyəsindən 5 sm dərinlikdə ağacların dib kötüyünün həlqəvi olaraq 5-6 sm enində kəsici alətlə boy artımının dayandırılması dərəcəsinədək ciddi zədələndiyi, kötüklərinin yandırıldığı, həmçinin ağacların dibinə məqsədli şəkildə kristallaşdırılmış NaCl duzu tökülərək məhv edildiyi müəyyən olunub.
 
Həmin faktla bağlı Cinayət Məcəlləsinin 259.2.3 (qanunsuz ağac kəsmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə), 259.2.4 (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
 
Hazırda cinayət işi üzrə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Qurban Yetirmişli Lənkəranda baş verən zəlzələ barədə: Afterşoklar ola bilər

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ən çox oxunanalar