Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda bir qəsəbənin suyu kəsildi - Rəsmi açıqlama

Suraxanı rayon, Bülbülə qəsəbə sakinləri susuz qalıblar


Sakinlərin Lent.az-a şikayətində bildirilir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bülbülə qəsəbəsinin bütün su xətləri kəsilib. 
Qurumun sahə rəisi isə deyib ki, kəndin su borcu olduğu üçün su kəsilib. Sakinlərin dediyinə görə, su borcu olmayanlara Azərsu” ASC tərəfindən maşınla su paylanılır.
 
“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, məcburiyyətdən bu yola əl atıblar: “Qəsəbə sakinlərinin böyük əksəriyyətinin suya borcu olduğundan, fərdi qaydada suları kəsə bilmədiyimiz üçün bütünlüklə qəsəbənin suyunu kəsməli olduq. Borcu olan abunəçilər bu işin fərdi qaydada gerçəkləşməsi üçün bizə imkan yaratmırlar. Bundan başqa, gün ərzində “Azərsu” ASC-nin su maşınları qəsəbədədir və borcu olmayan evlərə pulsuz su paylayırlar. Onu da qeyd edim ki, ötən gündən başlayaraq artıq qəsəbə sakinlərinin əksəriyyəti su borclarını ödəməyə başlayıblar”.
 
A. Cəbrayıllı bildirib ki, hər abunəçiyə verilən su borcuna görə ödəniş qəbzi veriləndən 1 ay müddətində borcu ödəmirsə, (heç olmasa yarı qismini) “Azərsu”ASC-nin suyunu kəsmək ixtiyarı var. Abunəçilərdən xahiş edir ki, borclarının hamısını olmasa da, müəyyən bir hissəsini ödəsinlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Ən çox oxunanalar