Bakı şəhərinin Suraxanı rayonunda market yanıb
PİA.AZ Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 64 kv.m olan marketin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə, lambirdən ibarət tavanı 60 kv.m sahədəvə və ərzaq malları qismən yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 07:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
pia.az