Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda silsilə cinayətlər törədən şəxs tutuldu

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş, 1972-ci il təvəllüdlü Əfqan Xudiyevin üzərindən 1 qramdan artıq heroin aşkar edilərək götürülüb


Araşdırma zamanı müəyyən edilib ki, o, aprelin 30-da Vidadi küçəsində Namiq Məmmədovun mənzilindən pul və qızıl-zinət əşyaları, mayın 14-nə keçən gecə Elman Cəfərova məxsus, H. Aslanov küçəsində yerləşən ofisdən iki ədəd televizor və noutbuk, mayın 4-də Nəsihət Əliyevə məxsus, R. Behbudov küçəsində yerləşən mağazadan 1000 manat, iyunun 14-nə keçən gecə Nadir Məmmədova məxsus, Nizami küçəsində yerləşən mağazadan eynəklər, disklər, saatlar və mobil telefonlar, iyulun 8-nə keçən gecə Ruslan Kərimova məxsus, Nizami küçəsində yerləşən mağazadan 4470 manat və kişi geyimləri, iyulun 19-na keçən gecə Səbinə Sultanovaya məxsus, H. Aslanov küçəsində yerləşən mağazadan 8325 manat dəyərində qadın geyimləri, iyulun 24-nə keçən gecə isə M. Qardaşları küçəsində yerləşən, Salyan rayon sakini Elşən Eminova məxsus gözəllik salonundan 3800 manat və 1454 ABŞ dolları oğurlayıb.
 
İstintaq zamanı Ə. Xudiyevin Səbail rayonu ərazisindən də oğurluq etməsi müəyyən edilib. Belə ki, o, iyulun 6-na keçən gecə Z.Əliyeva küçəsində yerləşən Svetlana Cəfərovaya məxsus gözəllik salonundan 1025 manat və ətriyyat, iyulun 12-nə keçən gecə Z.Əliyeva küçəsində yerləşən gözəllik salonundan mis vaza, ətir, və qadın saatı oğurlayıb.(apa)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar