Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda yapon rəssamların sərgisi açıldı


Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Rusiyanın Dövlət Şərq Muzeyi kolleksiyasından “Yapon ukiyo-e qravürasında Yaponiyanın Edo dövründəki (1603-1868-ci illər) həyatı” adlı sərgi açılıb


Sərgidə müxtəlif yapon qravüra janrının təmsilçilərindən - Kiyomitsu, Kiyenaqa, Kunimasa, Syaraku, Masanobu, Hokusai, Toyoxaru, Utamaro, Hirosiqe, Hokusai və Eysinin əsərləri nümayiş olunub. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev son günlər ölkəmizdə yapon mədəniyyətinin təbliği istiqamətində görülən işlərdən söz açıb. 

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov sərginin əhəmiyyətindən, belə mədəni tədbirlərin xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsindəki rolundan danışıb. Moskva Dövlət Şərq Muzeyinin direktoru Aleksandr Sevdloviç Dövlət Şərq Muzeyinin klassik yapon ukiyo-e qravürası kolleksiyasında XVIII əsrin sonu XIX əsrin ortalarında Yaponiyanın gündəlik həyatını əks etdirən iki mindən artıq qravüra saxlandığını və bu gün sərgidə bunların bir qisminin nümayiş etdirildiyini vurğulayıb. 

Sərginin əlaqələndiricisi Anna Puşakova ağac üzərindəki qravüra texnikasının eramızdan əvvəl VIII əsrə aid olduğunu və Yaponiyada 1700-1930-cu illərdə daha çox inkişaf etdiyini bildirib. Sərgi tamaşaçılarda böyük maraq doğurub.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar